17:06 25.04.2022 933

“Zirə”ylə “Neftçi” rəqiblərindən uzaqlaşır - Tura baxış

Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunlarında heç bir sürpriz yaşanmadı. Sadə dillə desək, favoritlər hamısı qələbə qazandı. Elə bu səbəbdən də turnir cədvəlində hansısa ciddi yerdəyişmə baş vermədi. Yeganə dəyişiklik o oldu ki, “Şamaxı”nı məğlub edən “Sabah” xallarının sayını “Qəbələ” ilə bərabərləşdirdi və “qırmızı-qaralar”ı 4-cü pillədən aşağıya doğru "sürüşdürdü".

“Qəbələ” – “Qarabağ” 0:2 
Qollar:
İbrahima Vadji, 6; 15.

Təqvim elə gətirib ki, “Qarabağ”la “Qəbələ” təxminən bir həftə ərzində üç dəfə qarşılaşmalıdır. “Qarabağ” da bu fürsətdən yaxşı yararlanıb Qəbələdə qısamüddətli təlim-məşq toplanışı keçirdi. Görünən odur ki, dağ havası “köhlən atlar” üçün düşərli olub. Ardıcıl iki oyunda “Qarabağ” “qırımızı-qaralar”ı məğlub etməyi bacardı. İlk görüş ölkə kuboku çərçivəsində idi və 3:1 hesablı qələbə sayəsində Ağdam təmsilçisi turun taleyini böyük ölçüdə həll etmiş oldu. Premyer Liqa oyunundakı qələbə isə “Qarabağ”ı qızıl medallara bir addım da yaxınlaşdırdı. Nəzərə almaq lazımdır ki, “Qarabağ”ın bir oyunu hələ ehtiyatdadır. Komandanın aktivində 58 xal var. Ağdamlıların ən yaxın izləyicisi “Neftçi” isə ondan 11 xal geri qalır. Cəmi bir qələbə kifayətdir ki, “Qarabağ” çempionluğunu rəsmiləşdirsin.

Sözsüz ki, bu uğurda Ağdam təmsilçisinin səviyyəli legionerləri böyük pay sahibidi. “Qəbələ” ilə oyunda da belə oldu. İbrahima Vadji 15-ci dəqiqəyə qədər iki dəfə fərqləndi. Bundan sonra “Qəbələ” də taleyi ilə barışdı. Qalan 75 dəqiqə ərzində oyunda hesab dəyişmədi. Beləcə, “Qarabağ” növbəti 3 xalı aktivinə yazdı. “Qəbələ” isə ötən günlərini çıraqla axtarır. “Qırmızı-qaralar” xeyli müddətdir ki, qələbə üzünə həsrətdir. İş o yerə çatıb ki, bir vaxtlar ikinci pillədə olan, avrokuboklara yaxın görünən bölgə təmsilçisi indi 4-cü sıranı da əldən verib. 35 xal toplayan qəbələlilər hazırda 5-ci sıradadır.

“Sabah” – “Şamaxı” 5:1 
Qollar:
Coy-Lens Mikels, 11;29. Zurab Oçiqava, 26. Sezar Rodriqes, 84. Aleksey İsayev, 89 - Felipe Santos, 50.

“Qəbələ”ni 4-cü pillədən sıxışdıran “Sabah”ın işləri qaydasındadı. Murad Musayevin gəlişindən sonra “tələbələr” həm nəticələrini, həm də oyununu yaxşılaşdırıb. Masazırı təmsil edən komandanın budəfəki “qurban”ı “Şamaxı” oldu. Bakıdan bölgəyə köç edən “Şamaxı” yeni adla xala həsrət qalıb. Ötən tur “Qarabağ” “Şamaxı”nı meydana çıxmağına peşman etmişdi. Bu dəfə “Sabah” Namaşkonun qoruduğu qapıya beş dəfə yol tapdı. Felipe Santos bu qollardan yalnız birinin əvəzini çıxmağı bacardı. Bundan artığına isə “Şamaxı”nın gücü çatmadı.


“Sabah”ın hətta avrokuboklara getmək şansı da var. Düzdür, bu şans heç də yüksək deyil. Amma riyazi də olsa, ehtimal yox deyil. Belə ki, 35 xala malik “Sabah” “Zirə”dən 7 xal geri qalır. Qalan dörd tur ərzində bu fərqi qapatmaq olar. “Şamaxı” üçün isə mövsümü başa çatmış saya bilərik. Mövsümün gedişində adı dəyişdirilən klubun 20 xalı var. Şübhəsiz, hazırda “Qəbələ” “Şamaxı” üçün əlçatmazdır. “Qara zolaq”dan çıxa bilməyən “Sumqayıt”ın da “Şamaxı”ya çatması inandırıcı görünmür.

“Sumqayıt” – “Zirə” 0:1 
Qol:
Volkov, 90+1.

Davit Volkovun oyuna əlavə olunmuş dəqiqələrdə vurduğu qol “Zirə”yə vacib 3 xal qazandırdı. “Qəbələ”nin bu tur məğlub olması da qəsəbə təmsilçisinin işinə yaradı. Artıq “Zirə” 4-cü və 5-ci pillələri bölüşdürən rəqiblərini 7 xal qabaqlayır. Sona 4 tur qalmış bu fərq kifayət qədər böyükdür. Belə desək, Rəşad Sadıqovun komandasının bir ayağı avrokuboklardadı. Zirəlilər çətin ki, bu fərqin "əriməsi"nə imkan verələr. Özü də gənc mütəxəssis komandasını nəticəyə oynatmağı da bacarıq. Yeganə problem “Zirə”nin iki cəbhədə mübarizə aparmasıdır ki, bu həftə "qartallar" kubokun yükündən azad ola bilər. Belədə, bürünc medallara və avrokuboklara vəsiqəyə köklənmək daha da asanlaşar.


“Sumqayıt” üçün isə deyiləcək çox söz yoxdur. Aleksey Baqanın gəlişindən sonra “gənclik şəhəri”nin təmsilçisi qələbə üzünə həsrətdir. Ardıcıl iki mövsüm Azərbaycanı avrokuboklarda təmsil edən, bununla da büdcəsini xeyli zənginləşdirən “Sumqayıt” indi açıq-aşkar autsayderdi. 15 xalla 7-ci sırada olan “kimyaçılar” çətin ki, mövsümün sonuna qədər həmin pilləni tərk etsin.

“Səbail” – “Neftçi” 0:1 
Qol:
Tiaqo Bezerra, 71
Qırmızı vərəqə: Ömər Buludov, 47
Baş hakim: Rəvan Həmzəzadə

“Zirə” kimi “Neftçi” də özünü xeyli rahat hiss edir. “Ağ-qaralar” xeyli uğurlu qrafik cızır. Artıq UEFA Konfrans Liqasına vəsiqə də təmin olunub. Samir Abasovun çalışdırdığı komanda 3-cü pillədən aşağı düşməyəcək. Heç “Neftçi”nin gümüş medalları əldən verəcəyi də ağlabatan deyil. Komandanın işləri yaxşı gedir, qələbələr sıralanır. Kubokun yarımfinalındakı qarşılaşmada xeyli güc sərf edən “Neftçi” Bayılda o qədər də parlaq görünməsə də, Tiaqonun baxımlı qolu komandaya 3 xal qazandırdı. Özü də bu qol “ağ-qaralar” azlıqda qalanda vuruldu. Ömər Buludov 47-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulmuşdu. “ASCO Arena”nın süni örtüyünün yararsız olması da “Neftçi”ni ehtiyatla oynamağa məcbur edirdi. Heç kim mövsümün həlledici anında zədələnib, sıradan çıxmağı arzulamaz.

“Səbail”in isə gücü hər kəsə bəllidir. Çətin ki, Bayıl təmsilçisi sonuncu pilləni tərk edə bilsin.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

21:03

AL: "Qarabağ" Bolqarıstan klubunu qəbul edir - YENİLƏNİR

21:02

KL: "Zirə" Estoniya səfərində - YENİLƏNİR

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X