13:09 28.04.2022 881

Vüqar Nadirov bombardirlik yarışında kimi favorit görür?

Azərbaycan Premyer Liqasında bombardirlik uğrunda amansız mübarizə gedir.

Məhsuldarlıq yüksək olmasa da, son turlardakı fəallıq diqqətdən yayınmır. Elə götürək hesabat turunu: ən sərrast futbolçuların sıralamasında ilk "5-lik"də olan hücumçulardan 4-ü qol vurdu.

"Sabah"ın konqo əsilli almaniyalı hücumameylli yarımmüdafiəçisi Coy-Lens Mikels "Şamaxı" (5:1) ilə oyunda dubl edərək liderliyi ələ aldı. Ancaq sanki bundan qıcıqlanan Davit Volkovun da nəhayət, ayağı açıldı. Gürcüstan millisinin üzvü sonuncu dəfə ötən ilin dekabrında fərqlənmiş, 2022-ci ildə Premyer Liqa matçlarında rəqib qapılarına yol tapa bilməmişdi. Beləliklə, Mikelslə Volkov 11 qolla şərikli liderliyə yiyələndilər. 

"Qarabağ"ın hücumçusu İbrahima Vadji "Qəbələ"ni 2:0 yendikləri oyunda komandasına 3 xalı təkbaşına qazandırdı, yəni dubl müəllifi oldu. Beləliklə, o, qollarının sayını 10-a çatdıraraq komanda yoldaşı Filip Ozobiçi haqladı.

Bu mövzu ilə bağlı Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov Fanat.Az-a açıqlama verib. 

34 yaşlı veteran qeyd edib ki, hər 4 futbolçunun bombardir olması üçün yaxşı potensialı var.

"Baxırsan ki, "Sabah"ın  hücumçusu Coy-Lens Mikels yaxşı irəliləyir. İbrahima Vadji də mübarizə aparır və ilk sıradakılara çatmaqdadır. Bombardirlərin arasındakı top fərqi elə də böyük deyil. Hansı futbolçu növbəti turlarda het-trik etsə, həmin oyunçu da mövsümün bombardiri olacaq. Bombardirlik yarışında öndə olan hər 4 futbolçunun (Volkov, Coy-Lens Mikels, Ozobiç, Vadji) qol duyumu yaxşıdır və oyunlarını yüksək qiymətləndirirəm. Bu məsələdə komanda üzvləri də həmin oyunçuya köməklik göstərə bilər. Futbolda belə də olur. Çalışırlar ki, yarışda iştirak edən futbolçu aktivinə qol yazdırsın və bombardir olsun".

Emin Şəmsiyev
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X