
Hazırda Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" futbolçularından biri ilə vidalaşıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" Ahmed Ayzaya ilə yolları ayırıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub nigeriyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.