14:53 12.08.2022 712

5 il Çexiyada oynamış azərbaycanlı: \"Qarabağ\" \"Viktoriya\"dan güclüdür\"

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Çexiya "Viktoriya"sı (Plzen) ilə üz-üzə gələcək.

Bu komandanı tanıyan futbolçulardan biri son 5 ildə sözügedən ölkədə çıxış etmiş Fərid Nəbiyevdir.

Bu yay transfer dönəmində Azərbaycana qayıdaraq "Kəpəz"ə keçən 23 yaşlı yarımmüdafiəçi də "Viktoriya"da oynayıb. Ancaq o, yüksək liqa təmsilçisi "Viktoriya Plzen"də yox, 2-ci divizionda yarışan Jijkov şəhərinin eyniadlı klubunda top qovub.

Bununla belə, U-21-in sabiq üzvü "Qarabağ"ın rəqibinin oyunlarını da izləyib.

Fərid Nəbiyev Plzen təmsilçisi və qarşıdakı oyunlarla bağlı Fanat.Az-a açıqlamasında bunları deyib:  

"Keçən il "Viktoriya Plzen"in bəzi oyunlarını izləmək imkanım olub. İki-üç təhlükəli oyunçuları var idi. Amma ən çox - 19 qol vuran oyunçusu yayda klubu tərk etdi. Səhv etmirəmsə, Səudiyyə Ərəbistanına yollandı. Düşünürəm ki, bu, "Qarabağ" üçün yaxşı haldır. İstənilən halda, "Qarabağ"ı onlardan güclü hesab edirəm. 

İki fərqli oyun üslubuna malik komandaların mübarizəsini izləyəcəyik. Plzen təmsilçisi uzun öütrmələrlə oynamağı xoşlayan komandadır. "Qarabağ" isə topu özündə saxlamağı çox yaxşı bacarır. Rəqibin müdafiə xəttində boşluqlar olur. "Qarabağ"ın isə çox yaxşı hücum xətti var. Düşünürəm ki, komandamız bundan çox yaxşı istifadə edə bilər. "Viktoriya"nın əsas özəlliklərindən biri də sona qədər mübarizə aparması, asan təslim olmamasıdır". 

Nəbiyev "Viktoriya"nın əsas "silahlar"ından birinin azarkeşlər olduğunu bildirib: "Plzenlilərin ev oyunlarında onları möhtəşəm dəstəkləyən çox yaxşı azarkeşləri var. Demək olar ki, hər oyunda stadionu tam doldururlar. Düzdür, "Qarabağ" avrokuboklarda dolu tribunalar qarşısında oynamağa öyrəşib. Elə bu il qarşılaşdıqları komandaların - "Lex"in, "Sürix"in və "Ferentsvaroş"un da çılğın azarkeşləri var idi. Ümid edirəm ki, turu keçən tərəf "Qarabağ olar".

Qeyd edək ki, "Qarabağ"la "Viktoriya"nın ilk görüşü avqustun 17-də Bakıda oynanılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:45-də start götürəcək. Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2024
18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

01 Yanvar 1970
04:00

04:00

04:00

04:00

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

13:29

AFFA 10 klubdan altısını cərimələdi

13:10

Fonseka "Lill"i hansı Avropa nəhənginə dəyişəcək?

12:51

Madrid nəhəngi 35 yaşlı oyunçusu ilə bağlı qərarını verdi

12:33

"Real"ın müdafiəçisi Almaniya klubuna keçməyə yaxındır

12:14

Ot biçən, xətt çəkən, afişa vuran komanda rəhbəri

11:55

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

11:36

AFFA “Neftçi”nin şikayətini qəbul etmədi

11:19

“Sabah” Gənclər Liqasının qalibi oldu! 

11:00

Musiala Mbappeyə səsləndi: "Münhen vaxt keçirmək üçün əla yerdir"

10:35

Maliyyə menecerləri üçün seminar keçirildi

10:17

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü - FOTOLAR

09:58

"And içdim ki, bu təyyarə heç yerə uçmayacaq" - Con Terri sabiq baş məşqçisi ilə münaqişədən danışdı

09:34

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

"Yuventus" yeni qapıçı ilə anlaşdı

01:34

"Mançester Siti" səfərdə darmadağına sevindi

01:25

“Roma” yarımçıq qalan matçdan qalib ayrıldı

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X