
"Zirə" futbolçusu Dimitrios Çantakiasla müqavilənin müddətini artırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi "Facebook" səhifəsi yayıb.
27 müdafiəçi ilə yeni 2 illik sözləşmə imzalanıb. Yunanıstanlı oyunçunun müqaviləsinin müddəti 2024-cü ilin may ayının sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Çantakias 2020-ci ildən "Zirə"nin şərəfini qoruyur.