11:38 22.08.2022 713

“Qarabağ” dincəldi, “Neftçi” uduzdu... – Tura baxış

Misli Premyer Liqasının III turunda beş yox, dörd qarşılaşma keçirildi. Bu da “Qarabağ” Çempionlar Liqasında çətin səfərə hazırlaşdığına üçün “Turan Tovuz”la oyunun təxirə salınmasıyla bağlıdır.

“Qarabağ”ın dincəlməsi “Qəbələ” ilə “Sabah”ın işinə yaradı. Yoluna itkisiz davam edən bu iki komanda turnir cədvəlinin zirvəsindəki yerini möhkəmləndirdi. “Neftçi” isə Masazırda xalsız qaldı və çempionluq mübarizəsində ilk zərbəni almış oldu.

“Şamaxı” – “Səbail” 1:1
Qollar:
Amil Yunanov, 71 - Ruslan Hacıyev, 20
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov
Baş məşqçi: Vüqar Əsgərli
“Səbail”: 1. Emil Balayev (k), 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 7. Ruslan Hacıyev, 17. Rafael Məhərrəmli, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 27. Emil Martinov, 5. Petro Stasiuk
Baş məşqçi: Mahmud Qurbanov

“Neftçi” kimi, “Səbail”in də işləri qaydasında getmir. Düzdür, Şamaxı səfərində Bayıl təmsilçisi ilk xalına qovuşdu. Amma çoxları “Səbail”in bu qarşılaşmada qələbə qazanacağını gözləyirdi. Ən azı ona görə ki, Mahmud Qurbanovun komandası daha təcrübəli futbolçulardan qurulub və mövsüm öncəsi yaxşı hazırlıq keçə bilib. Hərçənd əcnəbilər hələ də Qurbanovun ümidlərini doğrultmur. “Şamaxı”nın bütünlüklə yerli futbolçulardan qurulduğunu bu məqamda bir daha vurğulayaq.

Şamaxıda reallaşan görüş isti hava şəraitində keçirildi. Elə bu səbəbdən də görüşün hakimi Vüqar Həsənli hər iki hissədə su fasiləsi elan etdi. O qədər də maraqlı alınmayan qarşılaşmada meydan sahibləri yetərincə inamlı göründü və bu inamın mükafatı qazanılan 1 xal oldu. Baxmayaraq ki, oyunda hesabı qonaqlar açmışdı. 

Komandalar fasiləyə “Səbail”in minimal üstünlüyü ilə yollandılar. “Şamaxı”nı məğlubiyyətdən Amil Yunanov xilas etdi. Qəbələdə komandasının yeganə qolunu vuran istedadlı hücumçunun budəfəki qolu yekun nəticəni müəyyənləşdirdi.

İlk xalını qazanan rəqiblər turnir cədvəlində də qonşudurlar. “Səbail” 7-ci, “Şamaxı” isə 8-ci pillədə qərarlaşıb.

“Sabah” – “Neftçi” 2:1
Qollar: Aleksey İsayev, 78-pen., Emmanuel Apeh, 90+1 - Yusuf Laval, 45+2
“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsio Regekampf

Cəmi 3 tur geridə qalıb və “Neftçi” artıq ilk məğlubiyyətini alıb. “Sabah” bu tur “Neftçi” üzərində əzmkar qələbə qazanmaqla mükafatları iddiasının nə qədər ciddi olduğunu ortaya qoydu. Murad Musayevin komandası hər üç qarşılaşmada yaxşı oyun nümayiş etdirməyi və rəqiblərini xalsız qoymağı bacarıb. Maraqlıdır ki, “Neftçi”nin qapısına hər iki qol penaltidən sonra vuruldu. 5500 tamaşıçının izlədiyi qarşılaşmada Fərid Hacıyev “Neftçi”nin qapısına üç dəfə penalti təyin etdi. Birinci hissədə penaltini qaytarmaqla qəhrəmana çevrilən İvan Brkiç oyunun sonlarında topu iki dəfə tordan çıxarmaq məcburiyyətində qaldı. Hesabı isə fasilə ərəfəsində Yusif Laval açmışdı. Paltardəyişmə otağına öndə yollanan “ağ-qaralar” bu üstünlüyü qoruya bilmədi və son nəticədə, Masazırdan xalsız qayıtdı. 

Bu məğlubiyyətdə diqqətçəkən məqam həm də odu ki, “Neftçi” “Bakcell Arena”dan kənara çıxan zaman özünə bənzəmir. Konfrans Liqasının təsnifat mərhələlərində “Aris”lə “Rapid”ə də səfərdə uduzan “Neftçi” zəif Şamaxını səfərdə çətinliklə məğlub etmişdi. “Sabah” üçün isə ev-səfər problemi yoxdu. Murad Musayevin işləri qaydasındadır. Masazırlıların belə nə qədər davam edəcəyini isə hamı maraqla gözləyir.

9 xalı olan “Sabah” “Qəbələ”ylə eyni sayda qol vursa da, bir qol artıq buraxıb. Buna görə də turnir cədvəlinin 2-ci pilləsində “Sabah” qərarlaşıb. Növbəti tur keçiriləcək “Qəbələ” – “Sabah” qarşılaşmasını maraqla gözləməyə dəyər. 6 xalı olan “Neftçi” isə 4-cü sıradadır.

“Kəpəz” – “Qəbələ” 0:3
Qollar: Məqsəd İsayev, 18. Ramon Maçado, 27. Rövlan Muradov, 57
“Kəpəz”: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 10. Əli Səmədov, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi
Baş məşqçi: Yaşar Vahabzadə
 “Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

“Qəbələ” üçün mövsüm əla başlayıb. İlk üç turda maksimum nəticə qazanan “qırmızı qaralar” şəxsi rekordlarını da yeniləyiblər. İndiyə qədər “Qəbələ” heç vaxt ilk üç turda ardıcıl qələbə qazanmamışdı. “Kəpəz” meydan sahibi sayılsa da, görüş Qəbələdə keçirilirdi. Bu məqam təbii, Elmar Baxşıyev və onun komandası üçün əla fürsət idi. “Şamaxı”yla görüşün taleyini ilk 20 dəqiqədə həll edən “qırmızı-qaralar” “Kəpəz”in qapısına 27 dəqiqəyə iki top vurdular və bununla da, görüşün taleyini həll etmiş oldular. Rövlan Muradovun 57-ci dəqiqədə fərqlənməsi isə “Qəbələ” üçün ikiqat sevindirici oldu. Gənc futbolçu ötən tur “Şamaxı”ya da qol vurmuşdu. Deməli, yerli gənclər “Qəbələ”nin “vuran ayağı"na çevrilməkdədir.

“Kəpəz”in durumu isə yumşaq desək, üzləri güldürmür. Gəncə təmsilçisi doğma şəhərdən didərgin düşməyə məcbur qalıb. Belə çətinliklər də nəticəyə öz təsirini göstərir. Gəncəlilər elita iştirakçıları arasında xalı olmayan yeganə komandadı. “Zirə”ylə “Neftçi”yə qol vurmağı bacaran “sarı-göylər” Qəbələdə heç bunu da bacarmadılar.

Bu qarşılaşmadan sonra “Qəbələ” turnir cədvəlinin liderinə çevrildi. “Kəpəz” isə sonuncu pillədə “möhkəmlənib”.

“Zirə” – “Sumqayıt” 0:0 
"Zirə": 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes, 7. Filipe Paxtman.u
Baş məşqçi: Rəşad Sadıqov.
"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 70. Ouro-Nil Ture, 37. Alya Ture.
Baş məşqçi: Aleksey Baqa

Mərdəkanda keçirilən görüşdə qapılara qol vurulmadı. Hərəyə 1 xal qazanan komandalardan “Zirə” üzülən, “Sumqayıt” isə sevinən tərəf oldu. Düzdür, nominal meydan sahibləri proqnozlaşdırıldığı kimi, 90 dəqiqə ərzində daha yaxşı görünür, dominantlıq edirdi. Amma bu üstünlüyü hesabda əks etdirmək mümkün olmadı. İlk hissədə kapitan Qismət Alıyev yaxın məsafədən “çərçivə”ni nişan ala bilsəydi, nəticə fərqli də ola bilərdi. Təcrübəli futbolçu görüş ərzində yaradılan ən real qol şansını boşa verdi.

Rəşad Sadıqovu narazı salan təkcə nəticə deyildi. Çalışdırıcı hakimlərin oyunun sonunda uzun müddət məşvərət etməsindən, VAR-a baxmaq üçün oyunu “soyutmasından” da narazı qaldığını gizlətmədi. Hər halda, hakimlərimizin VAR-la davranışında müəyyən problemlər hiss olunur. Ümid edək ki, zaman keçdikcə təcrübə qazanılacaq və problemlər aradan qalxacaq.

Mərdəkandakı heç-heçə sayəsində “Sumqayıt” ilk xalını qazandı və sonuncu pillədəki “Kəpəz”i geridə qoydu. 4 xala malik “Zirə” isə indilik zirvədən uzaq düşüb və beşinci sırada qərarlaşıb.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X