
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Bakcell Arena"da "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis oyunun maraqlı keçdiyinii bildirib:
"Oyunda qol vəziyyətləri çox olmasa da, maraqlı oyun getdi. "Neftçi" irəli atıldı, biz də bundan yararlanıb qol vurmağa çalışdıq. Ancaq bizim əvəzimizə "Neftçi" fərqləndi. Ümumiyyətlə, bu mövsüm bizim üzərimizə gələn bütün zərbələr qolla nəticələnir. "Sabah"la, "Makkabi" ilə matçlarda da belə olmuşdu".
Sadıqov III turun "Sumqayıtl"la oyununda baş verənlərə görə, İntizam Komitəsinin ona xəbərdarlıq etməsinə də münasibət bildirib:
"Mən bu xəbərdarlıqdan bu elə gün matç vaxtı xəbər tutdum. Əslində mənim orada hakim Rəvan Həmzəzadəyə etiraz etmək fikrim olmayıb. Sadəcə, mən elə bildim ki, epizoda baxılmayacaq. Məndən başqa da orada etiraz edənlər vardı. Bir tək Rəşadın etiraz etdiyi görüldü. Mən də artıq bu xəbərdarlığı nəzərə alaram".