"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının VI turunun oyunundan - səfərdə "Qarabağ"a 3:4 hesabı ilə uduzduqları matçdan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, uzatma dəqiqələrində texniki zonadan qovulan rusiyalı mütəxəssis dramatik qarşılaşmanı belə dəyərləndirib.
"Futbolçulara göstərdikləri xarakterə görə təşəkkür edirəm. Azlıqda olsaq belə, intizamı qoruduq. Bu rəqibə qarşı oynamaq çətindir.
Matça yenidən baxmaq lazımdır. Mübahisəli anlar var idi. 4-cü qoldan əvvəl sanki top rəqibdən çıxmışdı. Görüşə baxdıqdan sonra nəsə demək olar".