21:30 20.10.2022 2481

Qurban Qurbanov: "Rəqib 0:3 geridə olsa da..."

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında qatılıb.

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis matçı belə şərh edib: 

"Oyunda yaxşı dinamika var idi. "Turan Tovuz" sona qədər mübarizə apardı. Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".

Qurbanov 8 ay məğlub olmamalarına münasibət bildirib: "Komandanı hər matça yaxşı motivasiya etməyə çalışırıq. Həm fiziki, həm psixoloji hazırlığını yüksək səviyyəyə gətirmək niyyətindəyik. Qeyri-adi heç nə yoxdur Ümimi iş prosesidir".

Təcrübəli baş məşqçi görüşdə zədələnən Bədavi Hüseynovun vəziyyəti haqqında danışıb: "Onun durumuna böyük ehtimalla sabah aydınlıq gələcək. Məşqdə də ağrısı var idi. Dünən hər şey qaydasında idi. Oyun epizodunda əzələsində ağrı hiss etdi. Həm özü, həm də biz risk etmək istəmədik".

Mütəxəssis UEFA Avropa Liqasındakı rəqiblərindən olan Fransa "Nant"ının son qarşılaşmalarını izlədiyini sözlərinə əlavə edib: "Onların məğlubiyyətləri bizi aldada bilər. Bir neçə epizodda texniki səhvlər olur ki, bununla hamımız rastlaşmışıq. “Frayburq”a böyük hesabla uduzsalar da, çempionat matçında başqa dinamika, sürət var idi. Çox yaxşı idilər, hücum futbolu göstərdilər. Sanki bizə hazırlıq kimi idi. Qarşıda 4-5 gün vaxtımız var. Rəqibi daha yaxından təhlil edəcəyik".

Qurbanov Fransadakı görüşdə yaxşı nəticə qazanmaq istədikləri vurğulayıb: "İstənilən rəqibə qarşı minimum onların səviyyəsində oynamağa çalışırıq. Baxmayaraq ki, onlar bizdən yüksək səviyyəli çempionatlarda çıxış edirlər. Oyunumuzu daim qorumaq mənim üçün çox vacibdir. Avropa arenasında stabil oyun göstərmək önəmlidir. Əsas məqsədim komandanı matçlara hazırlamaqdır. Ola bilər ki, heç-heçə də bizi qane etsin. Qalibiyyət daha yaxşı olar. Məğlubiyyət haqqında düşünmürük".

Baş məşqçi Fransa üzləşə biləcəkləri mümkün təxribat haqqında fikirlərini bölüşüb: "Klub rəhbərliyi bu işlə məşğul olur. Son vaxtlar təxribatlar azalıb. Belə şeylərə fikir vermirik".

Qurbanov Şahruddin Məhəmmədəliyevin iştirak ərizəsində olmamasına da aydınlıq gətirib: "Onun ayağında ağrıları var idi, risk etmədik, istirahət verdik. Qarşıda bir neçə gün vaxt var, durumuna baxacağıq. Quqeşaşvili çempionatın əksər oyunlarında iştirak edib. Qapıçının daha çox inkişaf etməsi üçün mütləq çox oynaması lazımdır. Hər şey yaxşılığa doğru gedir. Amma özü üzərində çox çalışmalıdır. Böyük oyunlarda iştirak etsə, daha yaxşı olar. Ancaq hələ çox məşq etməli, hazırlaşmalıdır". (Report)

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X