Bir qədər əvvəl başa çatan "Turan Tovuz" - "Sabah" matçının final fitindən sonra maraqlı an yaşanıb.
Fanat.Az xəbər verir ki, yerli azarkeşlər paltardəyişmə otağına üz tutan qonaq komandanın çalışdırıcısı Murad Musayevi alqışlayıblar.
Rusiyalı mütəxəssis xoş jestə görə minnətdarlıq ifadə edən reaksiya verib.
Qeyd edək ki, Misli Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan qarşılaşmada "Sabah" 1:0 hesabı ilə qalib gəlib.
Nihat