
Azərbaycan Basketbol Liqasının 17-ci turu çərçivəsində bu gün keçiriləcək "Lənkəran" - "Sərhədçi" oyununun başlama saatı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi 15:00-da yox, 17:00-da start götürəcək. Buna əlverişsiz hava şəraiti ilə əlaqədar hakim briqadası və qonaq komandanın məkana gecikməsi səbəb olub.
Qeyd edək ki, qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq.