
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi 2029-cu il Avropa Çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində son qrup oyunlarına başlayır.
Fanat.Az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda bu gün 5-ci turun matçına çıxacaq.
Milli səfərdə Lüksemburq komandası ilə qarşılaşacaq. Oyun saat 21:00-da başlayacaq.
Komandamız daha əvvəl Şimali Makedoniya (49:87, 70:78), İrlandiya (76:75) və Lüksemburq (90:95) ilə oynayıb.
Yığma qrupda son oyununu iyulun 5-də Bakıda İrlandiyaya qarşı keçirəcək.
Mirağa