
Bu gün 3x3 basketbol üzrə Dünya Seriyasının Bakı mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, turnirə Azərbaycan millisi ilə "Neftçi SOCAR" qatılıb.
Fəvvarələr Meydanında baş tutacaq yarışda milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmalarına rəqib olacaq. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.
"Neftçi SOCAR" isə əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.
Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.