
"Çikaqo Bulls" ilə 6 dəfə NBA çempionu olmuş əfsanəvi basketbolçu Maykl Cordanın geyinilmiş forması hərracda satılıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Joopiter" hərrac evi yayıb.
Formanın 12,26 milyon dollara alındığı bildirilib.
63 yaşlı sabiq idmançı həmin ağ rəngli "Çikaqo Bulls" formasını 1998-ci ildə "Yuta"ya qarşı NBA final seriyasında geyinib və həmin qarşılaşmada 24 xal toplayıb.
Komanda sonda seriyanı qazanaraq klub tarixində 6-cı çempionluq tituluna qovuşmuşdu.
Toğrul