"Fənərbağça"nın basketbol komandasının yeni baş məşqçisi İqor Kokoşkov olacaq.
Fanat.Az ESPN-in insayderi Edrian Voynarovskinin "Twitter" hesabına istinadən xəbər verir ki, Kokoşkov "Fənərbağça" ilə anlaşıb. Müqavilənin 3 illik olacağı bildirilir.
48 yaşlı mütəxəssis "Sakramento"da köməkçi-məşqçi işləməklə yanaşı, Serbiya millisini çalışdırır. Kokoşkovun rəhbərliyi altında Sloveniya yığması 2017-ci ildə Avropa çempionatının qalibi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol