12:54 12.11.2021 638

"Boksun inkişafı üçün bölgələrə diqqət ayrılmalıdır" - Olimpiya mükafatçısı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Oktyabrın 25-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda kişi boksçuların növbəti dünya çempionatı keçirildi. 

Budəfəki mundial bir çox fərqlilikləri ilə diqqət çəkdi.

İlk dəfə 13 çəki dərəcəsi üzrə keçirilən DÇ-də Azərbaycan millisi 9 nəfərlik heyətlə təmsil olunurdu. 

Dəri əlcək ustalarımızdan üçü çıxışını mükafatla başa vurdu. Yığmanın Kuba əsilli üzvü, Tokio-2020-nin bürünc medalçısı Alfonso Dominges Olimpiadadan cəmi üç ay sonraya təsadüf edən mundialda baş mükafata layiq görüldü. Dördilliyin son zirvə yarışındakı digər təmsilçimiz, superağır çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev və karyerasında ilk dəfə böyüklərin dünya çempionatına qatılan Sərxan Əliyev (71 kq) bürünc medala sahib çıxdılar. Yekunda Azərbaycan komanda hesabında Fransa ilə 6-cı yeri bölüşdü. 

88 ölkədən ümumilikdə 500-dən çox boksçunun iştirak etdiyi yarış üçün tarixdə görünməmiş məbləğdə - 2,6 milyon ABŞ dolları mükafat fondu müəyyənləşdirilmişdi. Çempionlar 100 min, ikinci yerin sahibləri 50, bürünc medalçılar 25 min dollarla mükafatlandırıldı.

Fanat.Az olaraq dünya çempionatının yekunları ilə bağlı Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Şahin İmranovla söhbətləşdik. Hazırda gənclərdən ibarət millinin məşqçisi olan veteran dəri əlcək ustası ilə Azərbaycan boksunun bu gününə və gələcək perspektivlərinə toxunduq.

- Olimpiadadakı uğursuzluqdan sonra, açığı, bu yarışa ümidim az idi. Ən yaxşı halda iki medal gözləyirdim. Qızıl medala da inamım çox deyildi. Amma yığmamız məni yaxşı mənada təəccübləndirdi. Son Olimpiya dövründəki qeyri-qənaətbəxş çıxışdan sonra bu nəticə hamımızı sevindirdi.

- Konkret hansı idmançılardan medal gözləyirdiniz?
- Alfonso Domingesə inanırdım. Bir də Məhəmməd Abdullayevin yüksəlişi ümid yaradırdı. Sərxan Əliyevin "bürünc"ü isə tək mənim üçün yox, demək olar hamı üçün xoş sürpriz oldu. Amma bunu da deyim ki, Sərxan hər zaman üzərində çalışan boksçu olub. Gənclərdə də birgə işləmişik. Əzmi, inadkarlığı ilə seçilib.

- Qeyd etmək lazımdır ki, titullu idmançıların bir çoxu Serbiyaya gəlməmişdi. Son Olimpiya Oyunlarının mükafatçılarının az qismi mundialda çıxış edirdi. Bu məqamın nəticəyə təsirini necə qiymətləndirirsiniz?
- Bəli, favoritlərin əksəriyyəti yox idi. Amma mübarizə sönük keçmədi. Bəzi iddialı komandaların ikinci nömrələri də özlərini sübut etmək üçün əllərindən gələni edirdilər. Odur ki, bu amilin komandamızın nəticəsinə çox da təsir göstərdiyini düşünmürəm. 

- Boks yarışlarında - ələlxüsus da son illər - hakimliklə bağlı kütləvi narazılıqlar olur. Ədalət təmsilçilərinin budəfəki idarəçiliyi haqda nə demək olar?
- Baxdığım döyüşlər arasında mübahisəli məqamlar varıydı. Amma açığı, bizim boksçulara qarşı qərəzli qərarlar görmədim. Məncə, Azərbaycan təmsilçilərinin görüşlərinin nəticəsi ədalətli idi.

- Şahin bəy, az öncə vurğuladınız ki, Azərbaycanda boks son illər eniş dövrü yaşayıb. Məlumdur ki, ölkədə bu idman növünün kütləviliyi də əvvəlki səviyyədə deyil. Sizcə, bütün bunların səbəbi nədir?
- Tək bizdə yox, son illər bir çox ölkələrdə boks kütləviliyini itirib. Boksdakı dəyişikliklərin də bunda rolu çoxdur. Boks Olimpiya proqramına daxil olan növdür, dəbilqəsiz döyüşdə xəsarətlər, xoşagəlməz hallar çox olur. Bütün bunlar da Olimpiya Oyunlarının prinslərinə uyğun deyil. Bilirsiniz ki, mən döyüşdüyüm dövrdə qaşım tez-tez açılırdı. Buna görə hətta Olimpiya medalından da olmuşam. İndi dəbilqə olmadığına görə belə hallar daha sıx olur. Nəticədə, belə deyək, heç nədən idmançı udduğu döyüşü uduzur. İstəyirlər ki, həvəskar boksu peşəkar boksa yaxınlaşdırsınlar. Son dünya çempionatındakı böyük pul mükafatı da buna görəydi. O öz yerində ki, böyük pul mükafatının olması yaxşı haldır. İdmançı gördüyü işlə dolanışığını təmin etməlidir. 

- Xatırlayırıq ki, əvvəllər boks üzrə ölkə çempionatları vaxtı tribunalarda, necə deyərlər, iynə atsan, yerə düşməzdi. İndi bəlkə beynəlxalq turnirlər də keçirilsə, həmin ab-hava olmaz...
- Maraq həqiqətən çox böyük idi. Hamının ayrılıqda azarkeşlik etdiyi bir boksçu olurdu. İndi idmançıların yaxın adamları gəlib baxa, ya baxmaya. Bu durum veteran boksçu kimi mənim də ürəyimi ağrıdır.

- Ancaq hər halda durumu müsbətə doğru dəyişmək mümkündür. Ölkədə boksun yenidən kütləvilik qazanması üçün hansı addımların atılmasını zəruri hesab edirsiniz?
- Birmənalı olaraq boksun inkişafı üçün bölgələrə diqqət ayrılmalıdır. Əzəldən güclü idmançılar regionlardan çıxıb. Bəzi zonalarda bu idman növünün ənənələri var. Onları dirçəltmək, inkişaf etdirmək olar. Yadınızdadırmı, 2016-cı ildə Rio De Janeyroda keçirilən Olimpiadada Özbəkistan boksçuları necə möhtəşəm nəticələr qazanmışdılar?

- 3 qızıl, 2 gümüş, 2 bürünc medal. Fantastik göstərici idi.
- O vaxt Özbəkistan nümayəndə heyəti ilə söhbət etmişdik. Dedilər ki, gördük bizdə boks çox geri düşüb, başladıq bölgələrlə köklü iş aparmağa. Gec-tez bəhrəsini gördülər. Son Olimpiya Oyunlarında da qızıl medalları oldu.

- Bir müddətdir ki, gənclərdən ibarət yığmada çalışırsınız. Yerli gənclərin əsas problemi nədir?
- İstər idmançılar olsun, istər onların valideynləri istəyirlər ki, hər şey tezliklə, günü bu gün olsun. Görürsən, valideynlər narazılıq edirlər ki, bəs artıq bizim uşağın yeniyetmələrdə və ya gənclərdə sonuncu ilidir, onu yarışa göndərmək lazımdır, yoxsa idmanı buraxacaq və s. və i. Yaxud gəlirlər ki, yeniyetmələrdə nəticəsi var, niyə hələ gənclərin yarışına aparmırsınız. Başa düşmürlər ki, yeniyetmələrlə gənclərin turniri bir deyil. Hər halda biz illərdir bu işin içindəyik, görürüksə ki, idmançı hazır deyil, biz onu yarışa apara bilmərik. Yeniyetmələrdə yüksək nəticəsi olan adam birdən-birə yuxarı yaş qrupunda mübarizəyə çıxanda dəfələrlə olub ki, ilk tutarlı zərbədəncə özünü itirib, nokauta düşüb. Şəxsən özüm hər dəfə izah etməyə çalışıram ki, əsas olan böyüklərin yarışıdır, başlıca məqsəd orada uğur qazanmaq olmalıdır. Peşəkar idmançı olmaq istəyən biri aşağı yaş qruplarındakı nəticələri prioritet hesab edib, onlarla kifayətlənməməlidir.

Həmçinin praktika göstərir ki, böyüklərdə ölkə çempionu olan boksçuların heç də hamısı kənarda özünü doğrulda bilmir. Daxili turnirlə beynəlxalq yarışların hazırlığı, ab-havası tamam başqadır. Olur ki, ölkə çempionatında udduğun idmançı kənarda özünü daha yaxşı hiss edir, nəticə verir, sən isə ilk döyüşdəcə uduzub çıxırsan. 

Bir də mən nəyin əleyhinəyəm? Yeniyetmə, yaxud gənc idmançıların bir çoxu eyni anda həm boksla, həm də kikboksla məşğul olur. Əsas da gətirirlər ki, hər ikisində yumruq var. Başa salmaq olmur ki, bu hazırlıqla o bir deyil, bu yumruq o yumruqdan deyil. 
Bir əldə iki qarpız tutmaq ziyandan başqa heç nə vermir.

- Bu yaxınlarda millinin keçmiş üzvü, vaxtilə ölkə çempionatında kubalı legioner Lorenzo Sotomayarora qalib gəlsə də, əsas heyətə düşə bilmədiyi üçün yığmadan uzaqlaşan Elnur Süleymanov haqqında material hazırlamışdıq. O, deyirdi ki, mənə ümumiyyətlə şans verilməyib.
-  Mən ona haqq qazandırmıram. Sona kimi qalıb mübarizə aparmalı idi. Acığa düşüb getdi, əvəzində nə əldə etdi? Belə görünür ki, indi özü də peşmandır. 
Bu baxımdan mən həmişə dünya çempionumuz Cavid Çələbiyevi nümunə göstərirəm. Heç vaxt sınmadı, dişi ilə, dırnağı ilə sona kimi döyüşdü, haqqını da aldı.

- Artıq boksda çəki dərəcələrinin sayı artırılıb. Azərbaycan yığması isə son mundialda çəkilərin dördündə təmsil olunmadı. Bu isə o deməkdir ki, həmin çəkilərdə dünya çempionatında mübarizə aparacaq səviyyədə idmançı tapılmayıb. Yaxın gələcəkdə bu və hazırda zəif təsir bağışlayan digər çəkilərdə boşluğu doldura biləcək gənclər görürsünüz?
- Konkret həmin çəki dərəcələri üzrə olmasa da, perspektivli uşaqlarımız var. Nicat Hüseynovu, Murad Allahverdiyevi qeyd edərəm. Nicat bu il gənclərdə həm Avropa, həm də dünya üçüncüsü olub. Halbuki daha yaxşı nəticə qazana, çempion ola bilərdi.

Öncə də dediyim kimi, Azərbaycanda perspektivli, döyüşkən ruhlu uşaqlar çoxdur. Onları tapıb aşkara çıxartmaq lazımdır. Boksumuzun gələcəkdə legionerlərin ümidinə qalmasını istəmirəm. Nəinki mən, bunu heç kim istəmir.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2024
15:43

"Liverpul"la fəxr edirəm" - Pep Qvardiola

15:19

Olmo İspaniya nəhənginə keçməyə yaxındır - Danışıqlar başladı

14:53

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatı start götürdü

14:26

"Dünyaya gələcək qızımın ölümünü arzuladıqlarını yazırlar" - Joau Kanselu

14:03

"Neftçi" "Zirə"yə qarşı onlarsız mübarizə aparacaq

13:35

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:19

"Barselona" Xavini ispanla əvəzləyir 

12:59

Salah qərarını qətiləşdirdi - Onu 233 milyon avroya istəyirlər

12:32

Kişi şahmatçılar arasında Azərbaycan Çempionatı: Yarımfinalçılar bəlli oldu

12:17

"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı

12:00

Kadi Borges "Qarabağ"a qayıdır? - AÇIQLAMA

11:39

"Real Madrid" Naçonun yerinə 18 yaşlı istedadı transfer edir - SON DURUM

11:14

Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

10:45

MPL: "Qarabağ" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edir - YENİLƏNİR

10:08

"Mehdiabad" 1/8 finala yüksəldi

09:45

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

19 Aprel 2024
19:30

Ayxan Abbasov "Sumqayıt"a darmadağını şərh etdi

19:10

"Uduzsaydıq, Allah bilir nələr olacaqdı" - Samir Abasov

19:01

Ançelotti Arda Gülerə vəziyyətdən çıxış yolunu göstərdi

18:27

MPL: "Sumqayıt" "Turan Tovuz"u darmadağın etdi 

17:53

"Qarşıdakı altı oyunda azarkeşlərimiz bizə çox lazımdırlar" - Vircil van Deyk 

17:31

Rəhbərlik "qal" desə belə... - Tuxel açıqladı

17:13

Türkiyə millisinin baş məşqçisi İtaliya klubunu çalışdıra bilər

16:49

"Barselona" "Kamp Nou"ya bu tarixdə qayıdacaq

16:26

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

15:57

Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq

15:35

Rus vinger hansı İngiltərə nəhənginə keçəcək?

15:18

Rəşad Sadıqov 3 futbolçusunu "Neftçi"yə qarşı oynada bilməyəcək

14:59

"Bu, Müllerin də xoşuna gəlmir, mənim də" - Tomas Tuxel

14:41

Kroos bu yay "Real"dan gedəcək? - Özü dedi

14:23

"Mən "Real" fanatıyam, əlbəttə ki, şad oldum" - "Mançester Yunayted"in futbolçusu

14:07

Almaniya Futbol İttifaqı Nagelsmann ilə müqavilə yenilədi

13:43

"Sabah" "Kəpəz"lə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

13:25

"Qəbələ" israilli futbolçusu ilə vidalaşdı -  RƏSMİ

13:17

Almaniya futbolu üçün əlamətdar mövsüm - Bunu 29 il gözlədilər

12:54

"Liverpul"u keçməyə medal düşür" - Can Pyero Qasperini

12:30

Konfrans Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı

12:11

MPL: Turun təyinatları bəlli oldu

11:53

Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

11:28

Mourinyu ÇL-i hansı komandanın qazanmasını istədiyini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X