10:50 13.07.2021 946

"Dayımın çempionluğunu təkrarlamaq istəyirəm" - Kəramət Hüseynov

Cüdo üzrə Azərbaycan yığmasının üzvü Kəramət Hüseynov Fanat.az-a müsahibə verib. 60 kiloqram çəki dərəcəsində Tokio-2020-də çıxış edəcək 23 yaşlı idmançı bir müddət davam edən uğursuzluq seriyası, son dünya çempionatındakı nəticəsi və dayısı, Olimpiya çempionu Elnur Məmmədlinin Olimpiada öncəsi ona dəstəyindən danışıb. 

-  Bakıdakı dünya çempionatından sonra uzun müddət istənilən səviyyədə çıxış edə bilməmişdiniz. Hətta lisenziya qazanmağınız ciddi sual altındaydı...
- 2018-ci ildə dizimdən ağır zədə almışdım. 4 ay idmandan uzaq qaldım. Həmin müddətdə məşq edən uşaqlara baxırdım, ürəyim partlayırdı. Zədəmin sağaldığı bir həftə olardı, ya olmazdı, məşqdə qolum sındı. Bir neçə ay da belə boşa getdi. Qayıdandan sonra əvvəlki formamı yığmağım çətin oldu. Ard-arda turnirlərə çıxıb uduzmaq əhval-ruhiyyəmə çox pis təsir edirdi. Bir ara düşünürdüm ki, deyəsən, alınmayacaq. Fikirlərimin qarışdığı vaxtlarda başda anam, sonra dayım mənə dəstək oldular. Dayım deyirdi ki, səndə potensial çoxdur, görsəm, yoxdur, deyərəm, çəkil dur qıraqda. 

- Uğurlu seriyanız Davud Məmmədsoyun Təl-Əvivdəki "Böyük Dəbilqə" "qızıl"ından sonra başladı. Belə təəssürat yaranır ki, həmin nəticə komandadakı rəqabəti diriltdi...
- Bəli, hardasa onun da təsiri oldu. Bizim çəkidə kim çıxırdısa, hamısı uduzurdu. Davudun birinciliyi bizə də həvəs verdi.

- Son dünya çempionatında reytinqin "1 nömrə"si Ryucu Naqayamanı udmağınız yarışın ən böyük sürprizlərindən biri oldu. "Bürünc"ünüzdən də çox həmin nəticə diqqət çəkdi. Olimpiada öncəsi bu qələbənin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Ondan əvvəl də Bakıdakı dünya çempionatında olimpiya çempionu Beslan Mudranovu məğlub etmişdim. Titullu idmançılarla görüşlərə daha yaxşı hazırlaşdığımı düşünürəm. Belədir ki, onları udanda hər kəs səndən danışır, haqqında maraqlanır. Yapon idmançıları udmaq isə hər zaman adama xüsusi stimul verir, cüdonun vətənində keçiriləcək Olimpiada öncəsi bu, ümumiyyətlə, çox önəmlidir. 

- Fransalı cüdoçu ilə 1/4 final görüşündə öndə olsanız da, ard-arda xəbərdarlıq alıb uduzdunuz. Orada nə baş vermişdi? Səhv, yoxsa sadəcə yorğunluq?
- Nəyim vardısa, Naqayama ilə görüşdə qoymuşdum. Toparlanmağım üçün vaxt lazımıydı. Ancaq elə oldu ki, bir neçə dəqiqə sonra 1/4 finala çağrıldım. Səhv etdiyimi düşünmürəm, sadəcə yorğun idim, çatdırmadım.

- O görüşü keçsəydiniz, sizcə, nəticəniz necə olardı?
- Məncə, ən azından finala çıxacaqdım. Yarımfinalda üz-üzə gələcəyim qazaxıstanlı idmançı ilə güləşim rahat alınır. 
İnşallah, Olimpiadada ən yaxşısını etməyə çalışacağam. Dayım Elnur Məmmədlinin çempionluğunu təkrarlamaq istəyirəm.

- Artıq 2 gün sonra Tokioya yola düşürsünüz. Bu ərəfədə dayınız sizə hansı tövsiyələri verir?
- Bu aralar hər gün zəng edir, hal-əhval tutur. Ancaq Olimpiada haqda çox danışmır. Belə başa düşürəm ki, məni həyəcanlandırmaq, stresə salmaq istəmir.
 
Sahib Əsədbəyli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" -Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

13:20

"Kimsə sizə "Paraqvay öldü" desə, dərhal inanmayın"

12:56

"Sabah" portuqaliyalı futbolçu transfer etdi - RƏSMİ

12:19

Neymar yenə oynamadı, Ançelotti onun durumuna aydınlıq gətirdi

11:16

Montella Türkiyə millisinin DÇ-2026-da çıxışını erkən başa vurmasından nə danışdı?

10:41

DÇ-2026: Niderland İsveçlə qarşılaşır, Almaniya afrikalılarla üz-üzə

10:02

Azərbaycanda Dünya Seriyası başladı

09:38

Qrimaldo İspaniya nəhəngi ilə müqavilə imzaladı - SON DURUM

09:05

DÇ-2026: Braziliyadan darmadağın, Türkiyə azlıqda qalan rəqibinə uduzdu

02:26

"Qarabağ"ın unudulmaz qapıçısı qərarını verdi

01:40

Dünya çempionatı hələ belə təkan görməmişdi

Facebookdan bizi izləməyi unutmayın.
X