09:00 23.07.2021 1833

Millimiz "ölüm qrupu"nda - Dəyərləndirmə

Dünən Tokio 2020-nin cüdo yarışlarının püşkü atıldı. Azərbaycanın 9 təmsilçisinin də ilk, həmçinin final yolundakı bütün rəqiblərinin adlarına aydınlıq gəldi.

Fanat.Az millimizin üzvləri üçün püşkün nəticəsini dəyərləndirib.

Kişilər

Kəramət Hüseynov (60 kq)

Son dünya və Avropa çempionatlarının bürünc mükafatçısı ilk mərhələdə böyük britaniyalı Eşli Makkenzi səddini keçəcəyi təqdirdə, 1/8 finalda 2019-cu ilin dünya və Avropa çempionu Luxumi Çkvimiani(Gürcüstan) ilə münasibətlərinə aydınlıq gətirməlidir. 23 yaşlı cüdoçumuzun yer "altılığ"ın lideri ümumilikdə yarışın reytinq ikincisi olan üçqat dünya çempionu, Rio 2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Naohisa Takatodur. Bir sözlə, Hüseynov yarımfinala vəsiqə qazanmaq üçün titullu idmançıları, 60 kiloqram çəki dərəcəsinin 5 əsas favoritindən ikisini sıradan çıxarmalıdır. Finaladək isə onun yolu Olimpiya finalçısı, dünya çempionu Yeldos Smetov(Qazaxıstan), ikiqat dünya üçüncüsü Kim Von-jin(Cənubi Koreya) kimi cüdoçularla kəsişir.

Orxan Səfərov (66 kq)

Avropa çempionumuz 1/16 finalda Yerlan Serikcanovu(Qazaxıstan) mübarizədən kənarlaşdırarsa, növbəti mərhələdə dünya reytinqinin lideri Manuel Lombardoya rəqib olacaq. Səfərovun asiyalılarla uğurlu statistikasının olmadığını nəzərə alsaq, ikiqat dünya mükafatçımızın siftədən bəxtinin gətirmədiyini düşünmək olar. Həmçinin 30 yaşlı cüdoçumuzun final yolunda yarışın əsas favoriti hesab olunan ikiqat dünya çempionu Hifumi Abe(Yaponiya) ilə qarşılaşmaq ehtimalı var.

Rüstəm Orucov (73 kq)

Olimpiya finalçısı və dünya çempionatlarının ikiqat gümüş mükafatçısını ilk mərhələdəcə onun üçün tərs rəqiblərdən sayılan Musa Moquşkovla(Rusiya) çətin mübarizə gözləyir. 34 yaşlı Moquşkovla indiyədək altı dəfə üz-üzə gələn Orucov, bunların dördünü məğlubiyyətlə başa vurub. Lakin Rüstəmin qələbələrinin məhz son iki görüşə təsadüf etməsi ümidverici məqamdır. Yarış iştirakçılarının sıralamasında ilk yerdə olan Avropa çempionumuzun püşkdə bəxtinin gətirmədiyi əsas məqam yaponiyalı Olimpiya və üçqat dünya çempionu Şohey Ono ilə yollarının 1/4 finalda kəsişməsidir. Olimpiada və DÇ finalları da daxil, indiyədək tərəflər arasında baş tutan 5 qarşılaşmanın hamısında məğlubiyyətlə üzləşən Rüstəmin mərhələni keçmək şansı olduqca az görünür. 

Murad Fətiyev (81 kq)

Komandamızın ən gənc üzvünün ilk mərhələdəki Frederik Harris(Sierra-Leone) səddini keçməsi kifayət qədər real görünür. 22 yaşlı cüdoçumuzu növbəti mərhələdə Bakı-2018 dünya çempionatının qalibi Səid Mollayi(Monqolustan) ilə çətin sınaq gözləyir. Lakin İran millisinin keçmiş üzvünün əvvəlki formasından uzaq olması Fətiyevlə bağlı ümidləri artırır.
Fətiyevin yarımfinal yolunda digər maneəsi Tato Qriqalaşvilidir(Gürcüstan). Son vaxtlar əla formada olan, dünya reytinqində üçüncü sırada qərarlaşan qonşu ölkə təmsilçisı Murad qarşısında aşkar favoritdir.

Məmmədəli Mehdiyev (90 kq)

28 yaşlı cüdoçumuz "tərs rəqib"lərinin ikisi ilə bir qrupda yer alıb. Mehdiyev heç də asan sayılmayan Rafael Makedo(Braziliya) - İslam Bozbayev(Qazaxıstan) səddini keçərsə, 1/8 finalda Mixail İqolnikovla üz-üzə qalması demək olar şübhəsizdir. AÇ-lərin ikiqat bürünc mükafatçısı 25 yaşlı rusiyalı Avropa çempionunu, nəhayət, 6-cı cəhdində məğlubiyyətə uğradacağı təqdirdə, böyük ehtimalla ya Nikoloz Şerazadişvili(İspaniya), ya da Markus Nimanla(İsveç) münasibətlərinə aydınlıq gətirməli olacaq. Gürcü əsilli İspaniya təmsilçisi ilə 7 dəfə qarşılaşan Mehdiyev, ikiqat dünya çempionuna cəmi 2 görüşdə qalib gəlib.

Zelim Kotsoyev (100 kq)

Dünya reytinqinin lideri, Azərbaycan cüdoçuları üçün ən arzuolunmaz rəqiblərdən sayılan Varlam Liparteliani(Gürcüstan) ilə bir qrupda yer alan osetiyalı legioner, ilk görüşə kifayət qədər ciddi rəqiblə çıxacaq. Fransalı Aleksandr İddiri yarışdan uzaqlaşdıracağı halda, 23 yaşlı Kotsoyevi 1/8 finalda Şadi Elnahas(Kanada) - İvan Remarenko(BƏƏ) cütünün daha yüksək ehtimal sayılan kanadalı qalibi ilə şansları təxminən bərabər dəyərləndirilən mübarizə gözləyir. Azərbaycanlı cüdo mütəxəssislərinin böyük ümid bəslədiyi üçqat Avropa üçüncüsünü final yolunda Aron Volf(Yaponiya), Peter Paltçik(İsrail) kimi sədlərinin də olduğunu qeyd etməliyik.

Uşanqi Kokauri (+100 kq)

Millimizin 29 yaşlı gürcüstanlı legioneri bunadək 5 dəfə üz-üzə gəlib, üçündən qalib ayrıldığı polşalı Matyaj Sarnaçkini məğlub edərsə, 1/4 finala vəsiqə uğrunda ikiqat Olimpiya mükafatçısı Rafael Silvanın müqavimətini qırmalı olacaq. 34 yaşlı braziliyalıya iki dəfə uduzub, iki görüşü qələbə ilə başa vuran dünya çempionatının gümüş mükafatçısının final yolunda Quram Tuşişvili(Gürcüstan) və cüdo dahisi, ikiqat Olimpiya, onqat dünya çempionu Teddi Riner kimi maneələri var.

Qadınlar

Aişə Qurbanlı (48 kq)

Digər cüdoçularımızdan fərqli olaraq, Oyunlara qitə üzrə kvota sayəsində qatılan, indiyədək ciddi uğurla yadda qalmayan 28 yaşlı Qurbanlının dünya reytinqinin səkkizincisi portuqaliyalı Katarina Koştanı keçməsi real səslənmir.

İrina Kindzerska (+78 kq)

Hamıdan fərqli, millimizin ukraynalı legioneri yarışlara 1/8 finaldan start verəcək. Burada ona böyük ehtimalla Larisa Çeriç(Bosniya və Hersoqovina) rəqib olacaq ki, sıralamanın ikincisi olan 30 yaşlı dünya və Avropa mükafatçımızın yaşıdı ilə statistikası uğurlu deyil - 4:6. Həmçinin "səkkizlik" prinsipinə əsasən əvvəlcədən məlum olduğu kimi, finala vəsiqə uğrunda İrinanın yolu Yaponiya təmsilçisi Akira Sone ilə kəsişə bilər.

Göründüyü kimi, "Püşk Azərbaycan cüdoçularının üzünə gülüb" deyə bilmərik. Daha münasib sayılan rəqiblərin əksəriyyəti digər finalçıları müəyyən edəcək.

Cüdo yarışlarının reqlamentinə əsasən, yalnız 1/4 finalda uduzanlar təsəlliverici görüşlərə qatıla bilərlər.

Qeyd edək ki, Tokio 2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Cüdo yarışları 24-31 iyul aralığında baş tutacaq.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 Avqust 2026
00:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

21:54

Tofiq Musayev amerikalı ulduza meydan oxudu

21:14

"Everton" Kristian Nyorqor transferində razılıq əldə etdi

20:53

Tofiq Musayev slovakiyalı döyüşçünü məğlub etdi

20:37

PSJ "Ayaks"ın ulduzunu istəyir

20:05

Azərbaycanın 4 güləşçisibeynəlxalq turnirdə medal qazanıb

19:32

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

18:44

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb

18:12

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

17:06

Brandt "Borrussiya"nı "Ayaks"a dəyişdi - RƏSMİ

16:40

MY Holl üçün rəsmi təklif göndərəcək

16:24

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

15:49

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

15:22

"Fənərbağça" UEFA-ya göndərdiyi siyahıda dəyişiklik etdi

14:54

Salah "Trabzonspor"a keçə bilər - Maaşı açıqlandı

14:26

Flik ispan hücumçunun "Barselona"dan mümkün gedişinə belə münasibət bildirdi

13:51

AFFA-da Frank De Blekere dönəmi bitdi - RƏSMİ

13:25

Messi və Nəriman üz-üzə

12:54

"Barselona" Bisivunu heyətinə qatdı - RƏSMİ

12:27

"Barselona" Qoretskanı rənglərinə bağlamaq niyyətindədir

11:42

"Qarabağ"ın Kiyev "Dinamo"su ilə oyunlarının hakimləri açıqlandı

11:07

Avropa nəhəngi "Ayaks"ın vingerini alır

10:42

İngiltərə klubları Barış Alper Yılmazı istəyir - 41 milyonluq təklif gəldi

10:18

DÇ-2026-da rekorda imza atan Bros məşqçilik karyerasını bitirdi

09:54

"Qalatasaray" rus yarımmüdafiəçinin klubu ilə danışıqlara başladı

09:00

Nuriyevin komandası liderliyə yüksəldi

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini yendi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

Facebookdan bizi izləməyi unutmayın.
X