Uruqvay millisinin baş məşqçisi Oskar Tabares postuyla vidalaşıb.
Fanat.Az Uruqvay Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son 15 ildə sözügedən yığmanı çalışdıran mütəxəssis DÇ-2022-nin seçmə mərhələsindəki zəif nəticələr üzündən istefanı ən real çıxış yolu sayıb.
Qeyd edək ki, 1988-1990 aralığında da Uruqvay seçməsində əsas söz sahibi olmuş 74 yaşlı Tabares 2006-cı ildən ikiqat dünya çempionlarına rəhbərlik edirdi.
Nihat