Ötən il futbolçu karyerasını başa vuran argentinalı futbolçu Xavyer Maskerano məşqçiliyə başlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Roy Nemer “Twitter” səhifəsində yazıb.
37 yaşlı veteran Argentinanın U-20 milli komandasının baş məşqçisi olacaq. O, bu postda həmyerlisi Fernando Batistanı əvəz edəcək.
Bu ilin əvvəlində Xavyer Maskerano Argentina Futbol Assosiasiyasına qoşularaq milli komandanın strukturuna daxil olub.
Xatırladaq ki, Xavyer Maskerano Argentina millinin heyətində 147 oyun keçirib. O, 2018-ci ildə milli karyerasını başa vurub. Karyerası ərzində "Barselona" və "Liverpul" kimi komandalarda çıxış etmiş Maskeranonun son klubu "Estudiantes" olub. Ötən ilin noyabrında komanda ilə vidalaşıb.
Emin