
Ötən mövsümün sonunda "Liverpul"dan ayrılan cinah hücumçusu Məhəmməd Salah formasını geyindiyi Misir yığmasında rekorda imza atıb.
Fanat.Az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mo "fironlar"ın tarixində DÇ-lərdə qol vuran ən yaşlı futbolçu ünvanını ələ keçirib.
O, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində Yeni Zelandiyanı yendikləri matçda (3:1) 34 yaş 6 günlüyündə adını tabloya yazdıraraq həmyerlisi Maqdi Abdelqaninin rekordunu yeniləyib.
Abdelqani 1990-cı ildə keçirilən mundialda Niderland ilə görüşdə (1:1) qol vurarkən 30 yaş 320 günlük olub.
Toğrul