
Hazırda davam edən futbol üzrə dünya çempionatının qrup mərhələsinin 2-ci turunda bu gün daha 1 oyun baş tutub.
Fanat.Az xəbər verir ki, son dünya çempionu Argentina seçməsi Avstriya yığması ilə qarşılaşıb.
ABŞ-nin Texas ştatında keçirilən matçda Lionel Messi və komanda yoldaşları pley-offa vəsiqəni erkən təmin edib. Lionel Messi dublla fərqlənib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
DÇ-2026
2-ci tur
22 iyun
G qrupu
Argentina - Avstriya 2:0
Qol: Lionel Messi, 38, 90+5.
Baş hakim: Amin Ömər (Misir).
Arlinqton (ABŞ). "AT&T Stadium".