
Dünya futbolunda növbəti səs-küylü ayrılıq rəsmiləşib.
Fanat.Az xəbər verir ki, Niderland milli komandasının baş məşqçisi Ronald Kuman DÇ-2026-nın 1/16 finalında Mərakeş seçməsinə məğlubiyyətin (1:1, penaltilər: 2:3) ardından vəzifəsindən gedib.
63 yaşlı mütəxəssis sosial şəbəkə hesabında "portağallar"ın çalışdırıcısı qismində ikinci dönəminin acı sonluqla bitməsinə üzüldüyünü və baş məşqçi kimi bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Beləliklə, 2023-cü ilin 1 yanvar tarixindən bəri millini çalışdıran Kumanın Niderland yığmasındakı ikinci dövrü rəsmən qapanıb.
Kamil