
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün növbəti oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Los Ancelesdə İspaniya yığması Avstriya seçməsi ilə üz-üzə gəlib.
İspaniyalılar rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə adlayıblar.
Onlar 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün güclüsünə rəqib olub.
Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.
DÇ-2026
1/16 final
2 iyul
İspaniya - Avstriya 3:0
Qollar: Oyarzabal, 36,89. Porro, 66
Baş hakim: Qlenn Nyberq (İsveç).
Los Anceles (ABŞ). "Los Angeles Stadium".