
Hazırda davam edən dünya çempionatının 23-cü günündə daha bir 1/8 finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Məhəmməd Salahlı Misir bu gün Avstraliya ilə qarşılaşıb.
Dallasda ban tutan matçın əsas vaxtında qalib müəyyənləşməyib. Penaltilər seriyasında daha dəqiq oynayan Misir seçməsi adını 1/8 finala yazdırıb
Misirlilər 1/8-də Argentina - Kabo Verde cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı 11 iyunda start götürüb və 19 iyulda başa çatacaq.
DÇ-2026
1/16 final
3 iyul
Avstraliya – Misir 1:1 (pen - 4:2)
Qollar: M. Hani, 53 (ö.q) - Aşur, 13
Baş hakim: Qustavo Texera (Uruqvay).
Dallas. "Dallas Stadium"