
DÇ-2026-da 1/8 finala bu gün start verilib.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk matçında, Hyuston stadionunda Kanada millisi Mərakeşlə üz-üzə gəlib.
İlk hissəsi qolsuz başa çatan matçın ikinci hissəsində rəqib qapısından 3 top keçirən Mərakeş seçməsi 1/4 finala yüksələn ilk komanda olub.
DÇ-2026
1/8 final
4 iyul
Kanada - Mərakeş 0:3
Qollar: Azzedin Unhai, 50,82. Sofian Rahimi, 90+8.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hyuston stadionu