
Futbol üzrə dünya çempionatında son yarımfinalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İsveçrə seçməsi üzərində əlavə vaxtda 3:1 hesablı qələbə qazanan Argentina adını 1/2 finala yazdırıb.
DÇ-2026, 1/4 final
12 iyul
Argentina - İsveçrə 3:1
Qollar: Aleksis Makallister, 10. Xulian Alvares, 112. Lautaro Martines, 120+1 - Dan Ndoye, 67.
Qırmızı vərəqə: Brila Embolo, 72 (İsveçrə)
Baş hakim: Joau Pedru Pineyru (Portuqaliya).
Kanzas-Siti (ABŞ). "Errouhed Stadium".
Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundialdakı mübarizə iyulun 19-da yekunlaşacaq.
Nihat