
Hazırda davam edən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin cütləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu raundda qarşılaşacaq komandaların adları 1/4 finalın son matçının ardından bəlli olub.
Beləliklə, 1/2 finalda Fransa İspaniya, İngiltərə isə Argentina ilə üz-üzə gələcək.
14 iyul
23:00. Fransa – İspaniya
15 iyul
23:00. İngiltərə – Argentina
Qeyd edək ki, ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundialdakı mübarizə iyulun 19-da yekunlaşacaq.
Nihat