
Almaniya millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.
Fanat.Az xəbər verir ki, seçmə mərhələnin 8-ci turunda səfərdə Şimali Makedoniyanı 4:0 hesabı ilə darmadağın edən Hans-Diter Flikin yetirmələri J qrupundakı digər millilər üçün əlçatmaza çevrilib.
Seçmə mərhələnin sonuna 2 tur qalmış xal hesabını 21-ə çatdıran və ən yaxın izləyicisi Rumıniyanı 8 xal qabaqlayan "bundestim" işinin öhdəsindən vaxtından əvvəl gəlib.
Qeyd edək ki, dünya çempionatı gələn il, 21 noyabr - 12 dekabr aralığında keçiriləcək. Təşkilatçı ölkənin - Qətərin də mundualda iştirak hüququ var.
Nihat