15:41 12.10.2021 1143

"De Byaziyə "Çao" deməyin vaxtı gəlib" - SORĞU

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqradda Serbiya yığmasının qonağı olacaq. 

3 gün öncə öz meydanında İrlandiya seçməsinə 0:3 hesabı ilə məğlub olan millimizə ümidlər aşağıdır. Komandanın baş məşqçisi italiyalı mütəxəssis Canni De Byazi ilə də vidalaşmaq vaxtı gəlib çatıb. 

Bu fikirləri Fanat.Az-a idman jurnalistləri millimizin çıxışını və bugünkü oyunda şanslarını dəyərləndirərkən deyiblər. 

Kənan Məstəliyev: "İrlandiya ilə matç böyük bir rəzalət, hətta deyərdim faciə idi. Ruhsuz futbolçular, tamamilə işindən xəbəri olmayan məşqçi, ümumi mənfi ab-hava, gücsüzlüyümüz, hamısı bir yerdə bu yenilgiyə səbəb oldu. Xüsusilə Canni De Byazi işinin öhdəsindən gələ bilməyən, hətta deyərdim, tamamilə nə etdiyindən özü də xəbərsiz biri kimi göründü. Start heyətində 5 müdafiəçi ilə çıxıb, cinah müdafiəçilərinə lazımi alternativ hazırlamaması, bununla da rəqibin əsas qüvvəsi olan "ikinci mərtəbə" futbolunun qarşısının alına bilinməməsi, rəqibin ucaboy və atletik müdafiəçilərinə qarşı bu baxımdan xüsusilə seçilməyən Mahir Emrelinin oynadılaraq demək olar ki, məhv edilməsi, ilk qoldakı səhvdən nəticə çıxarılmayaraq ikincinin də eyni nöqtədən və eyni cür vurulmasının qarşısının alınmaması və bir çox başqa məqamlar məşqçi işinin sıfır olmasına işarə və sübutdur.

Bununla yanaşı, yetəri motivasiyanın olmaması, texniki heyətlə futbolçular arasında əlaqənin yoxluğu da öz damğasını vurdu. Uzun illərdir davam edən fiasko zamanı idarəçilərdən başqa hər kəsin dəyişməsi, ancaq hər şeyin eyni cür qalması yalnız bir şeyi göstərir: ölkə futbolunda idarəetmə ən pis vəziyyətdədir. Ciddi islahatlara ehtiyac var. Yoxsa biz belə yenilgiləri hələ uzun illər də görməyə davam edəcəyik. Bu gün də həmçinin.

Coşqun Eldaroğlu: "Milli tarixinin ən aciz dövrlərindən birini yaşayır. Bu həqiqət  milli lap bu gün qalib gəlsə də, dəyişməyəcək. Əcnəbi məşqçiləri ard-arda sınamaq da komandanı xilas etməyəcək. Sanki hər şey kökündən dəyişməlidir. Futbol bir neçə nəfərin inhisarında olan biznes sektoru statusundan çıxmalıdır".

Vüqar Məmmədov: "Millimizim oyununa ümumi baxsaq, zənnimcə, 10 il, 20 il,30 il əvvəlki ilə müqayisədə ciddi bir irəliləyiş yoxdur. Ayrıca İrlandiya ilə oyuna baxdıqda isə düşünürəm ki, birinci hissə yaxşı oynadıq. Sadəcə iki dənə şanssız qol buraxdıq, hansı ki, bu cür zərbələri başqa oyunlarda qapıçılarımız dəfələrlə çıxarıb. Düşünürəm ki, həmin topları qapıçı dəf etməyə borclu idi. Razıyam ki, çətin toplar idi. Amma Şah da ölkənin bi nömrəsidir. İkinci hissədə isə rəqibin qol vurmaq imkanları birinci hissəyə nisbətdə daha çox oldu. Sadəcə birindən yararlandı.

Ümumiyyətlə, hiss olunurdu ki, rəqib bizim komandanı, həm oyunçuların üstün və zəif cəhətlərini ayrı-ayrılıqda, həm də komanda şəklində oynadığı taktikanı diqqətlə öyrənib və buna qarşı bütün tədbirləri görüblər.

De Byazi düşünürəm ki, gəlmiş getmiş özündən əvvəlki məşqçilərdən fərqlənməyəcək. Yəni ciddi bir irəliləyişə nail ola bilməyəcək. Çünki əlindəki "material" yaxşı "əsər" yaratmağa imkan vermir.

Tərlan Şahinoğlu: "Milli ilə bağlı fikrim odur ki, görünür hazırki baş məşqçi ilə müsbət nəticələr qazana bilməyəcəyik. Komandamız çox müdafiəyə meyilli oynayır. Bir çox matçda start heyətində 6 müdafiəyə meyilli oyunçu ilə meydana çıxırıq. Acınacaqlı hal odur ki, buna baxmayaraq yenə də qapımızı toxunulmaz saxlaya bilmirik. Belə olan halda müdafiəyə bu qədər çəkilməyin də mənası qalmır. Daha kreativ, ağıllı hücum qurmaq üzərində işləmək lazımdır. Emin Mahmudov, Namiq Ələskərov, Ramil Şeydayev və nəhayət Mahir Emreli kimi futbolçularla hücum xəttində daha effektiv olmaq olar. Adını çəkdiyim oyunçular heç də zəif oyunçular deyil. Uzun sözün qısası mən başlıca problemi senyor Canni De Byazidə görürəm. Artıq ona "Çao" deməyin vaxtı gəlib. Oyunçu seçimlərində də səhvlər var. Məsələn, onun Əli Qurbani sevdası bizi çox geri saldı.

Sırf İrlandiya komandasına qarşı oyuna gəldikdə isə, onu deyə bilərəm ki, əslində yaxşı nəticə əldə etmək olardı. Çünki İrland futbolu hazırda eniş dövrünü yaşayır. Həm müstəqil İrlandiya, həm də Şimali İrlandiya seçmələri son Avropa çempionatından kənarda qalmışdılar. Millimiz Dublin şəhərindəki səfər matçında son rəqibi ilə heç heçə etsə də, Bakıda biabırçı oyunla məğlub oldu. Qapıçımız Şahruddin də təəssüf ki, günündə deyildi. Düşünürəm ki, Kallum Robinsonun vurduğu ikinci topu qaytarmaq olardı. Həm də vurğulamaq lazımdır ki,  hazırda İrlandiya millisinin şərəfini qoruyan futbolçuların əksəriyyətində  oyun praktikası problemi var. Çünki oynadıqları klublarda bəzilərini çıxmaq şərtilə, çoxu əsas heyətə düşməkdə çətinlik çəkir. Bu da qarşılaşmadan əvvəl bizim üçün üstünlük kimi görsənsə də, təəssüflər olsun ki, onlara meydanda istədiklərini etməyə imkan verdik.

Serbiya ilə görüşə gəlincə isə, etiraf edim ki, müsbət nəticə gözləmirəm. Böyük ehtimalla məğlub olacağıq. Ümidim sadəcə layiqli müqavimət göstərməyimizədir. Azərbaycan futbolunun inkişafı və dirçəlişi üçün ümumi dəyişikliklərə və "refresh"ə ehtiyac var".

Qeyd edək ki, Serbiya - Azərbaycan matçı bu axşam Bakı vaxtı ilə 22:45-də start götürəcək. 

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 Avqust 2026
17:52

"Qalatasaray" yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir

17:33

Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

17:14

"Bursaspor" azarkeşlərindən Torala böyük dəstək

16:56

Avropa çempionatı: Daha bir boksçumuz yarımfinala yüksəldi

16:37

"Sabah"la oyunu təxirə salınan "Sumqayıt" fasilədən necə yararlanacaq?

16:18

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

15:59

"Roma" Moranın keçidini rəsmiləşdirdi

15:40

"Məncə, "Sabah" iki oyunun nəticəsində turu keçən tərəf olacaq" - Ağasəlim Mircavadov

15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

"Səbail” “Sakaryaspor”la qarşılaşır

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Pley-offun ilk oyunlarına yekun vurulur

09:48

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

09:25

Əli Abdullayevin yeni iş yeri bilindi

09:00

ÇL: "Sabah"ın pley-off sınağı başlayır

02:57

"Mingəçevir" 2-ci Liqa komandasını üstələdi

01:58

"Hapoel"in baş məşqçisi "Sabah"la matçdan əvvəl nə danışdı?

01:13

"Hapoel"lə matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

00:55

ÇL: "Fənərbağça" "Olimpik Lion"la heç-heçəyə razılaşdı

00:36

"Sabah"da parlayan Pokatilov Qazaxıstanı ayağa qaldırdı

18 Avqust 2026
23:17

"Sabah" basketbol klubu Litvada təlim-məşq toplanışı keçirəcək

22:39

Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

22:01

"Beşiktaş" "Yuventus"un vingerinə elçi düşdü

21:39

Alessandro Çirkati "Benfika"ya keçir?

21:05

"Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır

20:56

Rodri "Barselona"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X