01:42 12.11.2021 1964

DÇ-2022: Almaniyadan 9 qol, İspaniyadan çətin qələbə

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu tura start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qrup üzrə 10 matç keçirilib.

Azərbaycan yığması A qrupundakı sonuncu matçında Lüksemburqu qəbul edib və növbəti məğlubiyyətə üzülüb. Qrupun digər görüşündə isə Portuqaliya İrlandiyanın qonağı olub. Pireney təmsilçisi qələbə sayəsində qrup lideri olacaq və final mərhələsinə daha da yaxınlaşacaqdı. Lakin bu görüşdə qapılara qol vurulmayıb. Bu qrupda yer alan Serbiya yığması isə Qətərlə yoxlama görüşündə qarşılaşıb və 4 cavabsız qola sevinib.

B qrupunun lideri İsveç Gürcüstanla, İspaniya isə Yunanıstanla üz-üzə gəlib. Skandinaviyalılar qələbə sayəsində final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Bunun üçün 3 qat Avropa çempionları Yunanıstan səfərində xal itirməliydi. Amma ispanların çətin qələbə qazandığı gündə İsveç yığması Gürcüstanda 2 cavabsız qolla məğlub olub.

H qrupundakı Rusiya da DÇ-2022-də iştirakı rəsmiləşdirə bilərdi. Valeri Karpinin komandası evdə Kipri məğlub etməli və Xorvatiyanın Malta səfərində büdrəməsini gözləməliydi. Amma həm ruslar, həm də xorvatlar bu turda darmadağına seviniblər.

J qrupundan mundiala vəsiqəni təmin edən Almaniya millisi bu dəfə Lixtenşteyni 9 cavabsız qolla yenib. Ermənistan evdə Şimali Makedoniya yığmasına böyük hesabla uduzub. Rumıniya və İslandiya yığmalarının görüşündə isə qapılara qol vurulmayıb.

DÇ-2022-nin seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
11 noyabr

A qrupu

Azərbaycan – Lüksemburq 1:3
Qollar:
Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.

İrlandiya – Portuqaliya 0:0

Serbiya – Qətər 4:0
Qollar:
Lukiç, 45+2. Yoviç, 51. Vlahoviç, 53. Saviç, 83.

Xal durumu: Portuqaliya – 17, Serbiya – 17, Lüksemburq – 9, İrlandiya – 6, Azərbaycan – 1.

B qrupu

Gürcüstan – İsveç 2:0
Qollar:
Kvaratsxeliya, 61; 77.

Yunanıstan – İspaniya 0:1
Qollar:
Sarabiya, 26-pen.

Xal durumu: İspaniya – 16, İsveç – 15, Yunanıstan – 9, Gürcüstan – 7, Kosovo – 4.

H qrupu

Rusiya – Kipr 6:0
Qollar:
Yeroxin, 4; 87. Smolov, 55. Mostovoy, 56. Sutormin, 62. Zabolotnı, 82.

Malta – Xorvatiya 1:7
Qollar:
Brozoviç, 31-öz qapısına – Perişiç, 6. Çaleta-Çar, 22. Paşaliç, 39. Modriç, 45+1. Mayer, 47; 64. Kramariç, 53.

Slovakiya – Sloveniya 2:2
Qollar:
Duda, 58-pen. Ştreleç, 74 – Zayç, 18. Mevlya, 62.

Xal durumu: Rusiya – 22, Xorvatiya – 20, Slovakiya – 11, Sloveniya – 11, Malta – 5, Kipr – 5.

J qrupu

Ermənistan – Şimali Makedoniya 0:5
Qollar:
Traykovski, 22. Bardi, 36; 67-pen; 90-pen. Ristovski, 79.

Rumıniya – İslandiya 0:0

Almaniya – Lixtenşteyn 9:0
Qollar:
Gündoğan, 11. Kaufmann, 20-öz qapısına. Sane, 22; 49. Roys, 23. Müller, 76; 86. Baku, 80. Goppel, 89-öz qapısına.

Xal durumu: Almaniya – 24, Şimali Makedoniya – 15, Rumıniya – 14, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 Avqust 2026
17:33

Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

17:14

"Bursaspor" azarkeşlərindən Torala böyük dəstək

16:56

Avropa çempionatı: Daha bir boksçumuz yarımfinala yüksəldi

16:37

"Sabah"la oyunu təxirə salınan "Sumqayıt" fasilədən necə yararlanacaq?

16:18

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

15:59

"Roma" Moranın keçidini rəsmiləşdirdi

15:40

"Məncə, "Sabah" iki oyunun nəticəsində turu keçən tərəf olacaq" - Ağasəlim Mircavadov

15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

"Səbail” “Sakaryaspor”la qarşılaşır

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Pley-offun ilk oyunlarına yekun vurulur

09:48

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

09:25

Əli Abdullayevin yeni iş yeri bilindi

09:00

ÇL: "Sabah"ın pley-off sınağı başlayır

02:57

"Mingəçevir" 2-ci Liqa komandasını üstələdi

01:58

"Hapoel"in baş məşqçisi "Sabah"la matçdan əvvəl nə danışdı?

01:13

"Hapoel"lə matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

00:55

ÇL: "Fənərbağça" "Olimpik Lion"la heç-heçəyə razılaşdı

00:36

"Sabah"da parlayan Pokatilov Qazaxıstanı ayağa qaldırdı

18 Avqust 2026
23:17

"Sabah" basketbol klubu Litvada təlim-məşq toplanışı keçirəcək

22:39

Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

22:01

"Beşiktaş" "Yuventus"un vingerinə elçi düşdü

21:39

Alessandro Çirkati "Benfika"ya keçir?

21:05

"Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır

20:56

Rodri "Barselona"da - RƏSMİ

20:47

Qavi karyerasını İngiltərədə davam etdirəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X