01:44 17.11.2021 2340

DÇ-2022: Türkiyə və Ukrayna pley-offda

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, 10-cu turun sonuncu oyun günündə D, E və G qrupları üzrə ümumilikdə 7 görüş baş tutub. 

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransaya uduzub və pley-off şansını itirib. Ukrayna seçməsi isə Bosniya və Herseqovinanın qonağı olub. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv bu matçdan qalib ayrılmaqla pley-offa vəsiqə qazanıb.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Bu nəticələrdən sonra Uels yığması qrup ikincisi olub.

Gecənin ən maraqlı oyunları G qrupunda olub. 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkib. Digər önəmli matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşıb. Vacib oyunlar öncəsi “narıncılar”ın dünya çempionatına birbaşa vəsiqə qazanmaq şansı daha böyük idi. Lui Van Qalın baş məşqçi olduğu komanda heç-heçə sayəsində də bunu bacara bilərdi. 18 xala malik Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları vardı. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməliydi. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaqdı. Amma yekunda Niderland doğma meydandakı qələbə sayəsində qrup lideri olub və mundiala birbaşa vəsiqə qazanıb. Türkiyə yığması isə səfərdə əzmkar qələbə qazanmaqla qrup ikincisi olub və pley-offda oynamaq şansı qazanıb.

Daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanmışdı. İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, Çexiya, Polşa, İsveç, Uels, Avstriya və Şimali Makedoniya yığmaları isə pley-off mərhələsində mübarizə aparacaq.

DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
16 noyabr

D qrupu

Finlandiya – Fransa 0:2
Qollar:
Benzema, 66. Mbappe, 76.

Bosniya və Herseqovina – Ukrayna 0:2
Qollar:
Zinçenko, 59. Dovbik, 79.

Xal durumu: Fransa – 18, Ukrayna – 12, Finlandiya – 11, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3.

E qrupu

Uels – Belçika 1:1
Qollar:
Mur, 32 – De Bröyne, 12.

Çexiya – Estoniya 2:0
Qollar:
Brabeç, 59. Şikora, 85.

Xal durumu: Belçika – 20, Uels – 15, Çexiya – 14, Estoniya – 4, Belarus – 3.

G qrupu

Cəbəllütariq – Latviya 1:3
Qollar:
Uolker, 7 – Qutkovski, 25. Uldrikis, 55. Krollis, 75.

Monteneqro – Türkiyə 1:2
Qollar:
Beçiray, 4 – K.Aktürkoğlu, 22. O.Kökcü, 60.

Niderland – Norveç 2:0
Qollar:
Berqveyn, 84. Depay, 90+1.

Xal durumu: Niderland – 23, Türkiyə – 21, Norveç – 18, Monteneqro – 12, Latviya – 9, Cəbəllütariq – 0.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

19 Avqust 2026
18:40

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

18:10

Sidiki Şerifin yeni komandası müəyyənləşdi

17:52

"Qalatasaray" yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir

17:33

Uruqvaylı ulduz İstanbul nəhəngindən ayrılır

17:14

"Bursaspor" azarkeşlərindən Torala böyük dəstək

16:56

Avropa çempionatı: Daha bir boksçumuz yarımfinala yüksəldi

16:37

"Sabah"la oyunu təxirə salınan "Sumqayıt" fasilədən necə yararlanacaq?

16:18

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

15:59

"Roma" Moranın keçidini rəsmiləşdirdi

15:40

"Məncə, "Sabah" iki oyunun nəticəsində turu keçən tərəf olacaq" - Ağasəlim Mircavadov

15:21

"Qarabağ" Niderlanda yollandı - Fotolar

15:03

Samir Əliyev: "Kimin nəyə qadir olduğu beş-altı turdan sonra üzə çıxacaq"

14:45

"34 yaş vinger mövqeyi üçün çoxdur, elə getmək vaxtı idi"

14:27

"Trabzonspor" "Qızıl top"un sahibini transfer etməyə yaxındır - SON DURUM

14:08

"Yuventus"un qapısını artıq o qoruyacaq

13:50

"Neftçi"nin yeni transferini yaxından tanıyaq - VİDEO

13:38

"Monako" Poqbanın müqaviləsinə xitam verdi

13:20

"Zubirin hələ bir müddət "Qarabağ"da yeri görünəcək" - Samir Əliyev

13:02

"Qalatasaray" Can Uzun üçün yeni təklif göndərdi

12:43

"Sabah" yeni legionerlə anlaşdı

12:24

"Sabah" bu gün səfərdən yaxşı nəticə ilə dönə bilər" - Aslan Kərimov

11:59

Dünyanın ən yaxşı müdafiəçisi bilindi - Kukurelya 5-cidir

11:41

Beşqat Almaniya çempionu yeni komandasında qolla debüt etdi, darmadağınla üzləşdi

11:23

"Avropada oynamaqdan əl çəkmək istəmirik" - Qurban Qurbanov

11:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:49

"Səbail” “Sakaryaspor”la qarşılaşır

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Pley-offun ilk oyunlarına yekun vurulur

09:48

"Sabahın Ulduzları": "Zirə" böyük hesabla uduzdu, "Neftçi" "qol yağdırdı" - Fotolar/Nəticələr

09:25

Əli Abdullayevin yeni iş yeri bilindi

09:00

ÇL: "Sabah"ın pley-off sınağı başlayır

02:57

"Mingəçevir" 2-ci Liqa komandasını üstələdi

01:58

"Hapoel"in baş məşqçisi "Sabah"la matçdan əvvəl nə danışdı?

01:13

"Hapoel"lə matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

00:55

ÇL: "Fənərbağça" "Olimpik Lion"la heç-heçəyə razılaşdı

00:36

"Sabah"da parlayan Pokatilov Qazaxıstanı ayağa qaldırdı

18 Avqust 2026
23:17

"Sabah" basketbol klubu Litvada təlim-məşq toplanışı keçirəcək

22:39

Brunu "Mançester Yunayted"in təklifini rədd etdi

22:01

"Beşiktaş" "Yuventus"un vingerinə elçi düşdü

21:39

Alessandro Çirkati "Benfika"ya keçir?

Facebookdan bizi izləməyi unutmayın.
X