
"Mançester Yunayted"in hücumçusu Markus Raşford İngiltərə millisi ilə Qətərdə keçiriləcək dünya çempionatına qatılmaq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Goal" 24 yaşlı forvardın söylədiklərini belə çatdlrıb:
"Ötən yaydan yığmanın baş məşqçisi Qaret Sautqeytlə danışmamışam. Açığı, milli komanda ilə DÇ-də işrirak edəcəyimə əmin deyiləm. "Mançester Yunayted"in uğurları üçün bacardığımı etməyi qarşıma məqsəd qoymuşam. Gerisini zaman göstərəcək".
Ötən mövsüm İngiltərə Premyer Liqasında 25 matça çıxan Raşford 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, dünya çempionatı 21 noyabr - 18 dekabr aralığında keçiriləcək. İngiltərə seçməsi İran, ABŞ və Uelslə birlikdə B qrupunda mübarizə aparacaq.
Nihat