09:00 28.10.2022 1799

DÇ-2022-yə doğru: 22-ci mundial və boykotlara iddia ilə cavab verən Qətər 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Növbəti futbol bayramının - dünya çempionatının startı üçün gerisayım başlayıb və mundialın başlamasına üç həftə vaxt qalıb. Qətərin ev sahibliyi edəcəyi yarış noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. 

Beləliklə, Qətər Yaxın Şərqdə dünya çempionatına ev sahibliyi edən ilk ərəb ölkəsi olacaq. Budəfəki mundial həm də qışda keçiriləcək ilk DÇ kimi tarixə düşəcək.


İllərdir bunun üçün böyük investisiyalar sərf edən və hazırlıqlar görən ölkə rəhbərliyi qarşısına yüksək məqsəd qoyub. Bəzi Avropa ölkələri insan hüquqlarının pozulduğunu əsas gətirərək, Qətərdə təşkil olunacaq yarışı boykot çağırışı etsələr də, fakt faktlığında qalır: dünyanın hər yerindən gələcək tamaşaçıları müasir stadionlar, əyləncə məkanları, mədəni və digər müxtəlif tədbirlər gözləyir.

DÇ tarixinin ən yaxşısı?!

Qətərin turizm cazibəsi qonaqların yaxşı vaxt keçirməsinə şərait yaradacaq. Bu baxımdan, İnci adası, Doha çimərliyi, Esbayır bağı, muzeylər, gəzinti yerləri, səhra safariləri, dəvə sürmə, qumda maşın sürmə kimi əyləncələr tamaşaçılara təqdim olunacaq. Dünya çempionatı zamanı ziyarətçilər Ras Bufontas metrosunun yaxınlığında keçiriləcək və 15 min nəfəri qəbul edəcək "Arcadia Spectacular" musiqi festivalında və "Mdlbeast" əyləncə şirkətində musiqili tədbirlərdə vaxt keçirə biləcəklər. "Sheraton" otelinin bağından İslam İncəsənəti Muzeyinə qədər uzanan Doha sahil zolağında keçiriləcək tədbirlər də səyahətçilərə zövq bəxş edəcək...

Builki dünya çempionatının mundiallar tarixinin ən yaxşısı olacağı iddia olunur. Hər halda, ötən həftə bu barədə açıqlama verən FİFA prezidenti Canni İnfantino belə düşünür: "Mən həmişə deyirəm ki, Qətərdə keçiriləcək dünya çempionatı indiyə qədər təşkil edilən mundialların ən yaxşısı olacaq. Ölkəyə baxanda - stadionlar, məşq meydançaları, metro, geniş infrastruktur - bunu görmək mümkündür. Qətər hazırdır! Gəlin, birlikdə ən yaxşı turnirə hazır olaq".

DÇ-nin Təşkilat Komitəsi Yaxın Şərq və ərəb dünyasında ilk dəfə keçiriləcək DÇ-nin biletlərinə tələbatın yüksək olduğunu bildirib. Qeyd olunub ki, indiyə qədər 3 milyona yaxın bilet satılıb və turnirə ən çox tələbat ABŞ, Səudiyyə Ərəbistanı, İngiltərə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Fransa, Braziliya və Almaniyadandır. 

Mundiala getməyən ulduzlar

Ancaq elə ölkələr var ki, onların sakinləri mundiala həsrətlə baxacaq. Çünki həmin ölkələrin milli komandaları DÇ-yə vəsiqə qazana bilməyib. Söhbət nəhəng turniri buraxacaq İtaliya, İsveç, Ukrayna, Rusiya, Avstriya, Çexiya, Norveç, Türkiyə, Kolumbiya, Peru, Çili, Paraqvay, Nigeriya, Əlcəzair, Misir, Kot d'İvuar kimi güclü yığmalardan gedir. 

Bu o deməkdir ki, Erlinq Holand, Məhəmməd Salah, Zlatan İbrahimoviç, Marko Verratti, Pyer-Emerik Obameyanq, Canluici Donnarumma, Viktor Osimhen, Edin Dzeko, Leonardo Bonuççi, David Alaba, Hakan Çalhanoğlu, Riyad Mahrez, Çiro İmmobile, Luis Dias, Uilfrid Zaha, Cengiz Ündər, Migel Almiron, Nabi Keyta kimi məşhur, ulduz futbolçuları Qətərdə görməyəcəyik.

Bundan başqa, DÇ-2022-də sırf zədə səbəbilə gedə bilməyəcək oyunçular da yetərincədir: Nqolo Kante, Corcinyo Veynaldum, Ronald Arauxo, Riis Ceyms, Dioqo Jota, Artur Melo, Aleksis Salemakers, Korenten Tolisso, Buna Sarr, Darko Lazoviç, Xesus Korona.

Dünya çempionatı 8 möhtəşəm stadionda oynanılacaq. 

Al Bayt - 60 min tutuma malik bədəvi çadırı şəklindəki arena DÇ-2022-nin açılış matçına ev sahibliyi edəcək. "Ev" mənası verən stadionda həmçinin, qrup oyunları, 1/16, 1/8 və yarımfinal matçları keçiriləcək.

Ahmed bin Ali Arena - 40 min tamaşaçı tutan arenada son texnologiyalar quraşdırılıb. Qrup oyunları və 1/16 final matçlarının keçirilməsi üçün nəzərdə tutulub. 

Al Janoub Arena - 40 min tutuma malik stadion İraq mənşəli ingilis memar Zaha Hadid tərəfindən inşa edilib. Qrup oyunları 1/16 final matçlarına ev sahibliyi edəcək. 

Al Thumama Arena - 40 min azarkeşi qəbul edə biləcək. Qrup oyunları burada keçiriləcək.

"Almas fi Alsahra" (Səhra almazı) adlandırılan arena 40 min tamaşaçı tutumuna malikdir. Təhsil mərkəzində - "Qatar Foundation Education City" kompleksində yer alan stadion qrup oyunları və 1/16 final matçlarının keçirilməsi üçün nəzərdə tutulub.

"Doha Sports City Home" da 40 minlik stadiondur. Qrup oyunları, həmçinin, 3-cü yer uğrunda matç burada oynanılacaq.

Ras Abu Aboud - 40 min tamaşaçını qəbul etməyə hazır olan ultramodern arenadır. Qrup oyunlarına ev sahibliyi edəcək.

Lusail Arena - ən böyük arena 80 minlikdir. Qrup görüşlərindən başqa, final qarşılaşmalarının burada keçirilməsi nəzərdə tutulub.



Qətər rekord(çu)lar məkanı olacaq 

22-ci mundial kimi tarixə düşəcək yarış ilklərlə, həmçinin, yeni rekordlarla yadda qala bilər. Məsələn, Kriştianu Ronaldu Qətərdə qol vursa, 5 dünya çempionatında rəqib qapısına yol tapan ilk futbolçu kimi tarixə düşəcək. Hazırda onunla (2006, 2010, 2014, 2018) bərabər 4 mundialda toru silkələyən oyunçular Pele (1958, 1962, 1966, 1970), Uve Zeeler (1958, 1962, 1966, 1970), Miroslav Klozedir (2002, 2006, 2010, 2014).

Sonuncu mundialına yollanacaq Lionel Messi DÇ-2022-də finala qədər bütün oyunlarda meydana çıxsa, dünyanın ən böyük yarışında 26 matç keçirmiş olacaq və Lotar Matteusa məxsus rekordu (25 ) yeniləyəcək. Argentinalı hazırda bu mənada 12-18-ci yerləri bölüşdürür.

Dünya çempionatlarında ən çox matça çıxan komandalara gəlincə, burada da ciddi rəqabət var. Braziliya və Almaniyanın hər biri hazırkı ana görə 109 görüş keçirib. "Selesao"nun bütün mundiallarda çıxış etmiş yeganə milli olduğunu xatırladaq.

Hesabında 81 matç olan Argentina artıq qrup mərhələsindən sonra İtaliyanı (83) geridə qoyacaq və 3-cü pilləyə yüksələcək. Niderland (50) qrup mərhələsinin 2-ci turundan sonra İsveçi (51) keçəcək və DÇ-lərdə ən çox oyun keçirən 10-cu yığma olacaq.

Kriştianu Ronaldu, Lionel Messi və Andres Quardado Qətərdəki mundialda meydana çıxsalar, 5 dünya çempionatında oynamış Antonio Karbaxal (meksikalı qapıçı), Lotar Matteus və Rafael Markesin rekorduna şərik çıxacaqlar. Qeyd edək ki, Canluici Buffon 5 DÇ-yə yollansa da, 1998-ci ildə oynamamışdı. Gilyermo Oçoa Qətərə aparılsa, 5-ci mundialı olacaq, ancaq 2006-cı və 2010-cu illərdə meydana çıxmamışdı.

Messi Qətərdə 1, Ronaldu isə 3 oyun keçirsələr, mundiallarda 20 matçda meydana çıxan elit siyahıya adlarını yazdırmış olacaqlar. Hazırda orada yer alan 11 futbolçunun hamısı karyerasını bitirdiyinə görə, Lionel ilə Kriştianu hər növbəti görüşdən sonra mövqeyini yaxşılaşdırmağa davam edəcəklər.

Son 3 mundialda əvvəlki çempion mübarizəni qrupda dayandırır: DÇ-2010-da İtaliya, DÇ-2014-də İspaniya, DÇ-2018-də Almaniya.

Hazırda 32 millidən 10-nun məşqçisi əcnəbidir: Ekvador, Qətər, İran, Meksika, Səudiyyə Ərəbistanı, Kosta Rika, Belçika, Kanada, Koreya, Uruqvay. Bundan əvvəlki 21 turnirdə dünya çempionu olan məşqçilərin hamısı öz ölkəsinin komandasını çalışdırıb.

DÇ-2022-yə yollanacaq məşqçilər arasında mundialda ən təcrübəlisi son qalib Didye Deşamdır. Fransa millisi onun başçılığı altında final mərhələsində 12 matça çıxıb. Deşam bu göstəriciylə mundiallar tarixində 20-22-ci çalışdırıcıdır. "Üçrənglilər"in növbəti zəfəri onu, komandası DÇ-lərdə ən çox oyun keçirən 7-ci məşqçi edəcək.

Mundialların rəqəmli pasportu:

DÇ-1930 - URUQVAY
Vaxt: 13-30 iyul
Oyunların keçirildiyi stadionların sayı: 3
İştirakçılar (3 konfederasiyadan 13 komanda): Uruqvay, Argentina, Braziliya, Çili, Paraqvay, Peru, Boliviya, Yuqoslaviya, Fransa, Belçika, Rumıniya, ABŞ, Meksika
Oyun sayı: 18
Qol sayı: 70 (orta hesabla 3,89)
Het-trik: 3
Penalti: 4 (3-ü qeyri-dəqiq)
Sarı (qırmızı) vərəqə: 0 (1)
Ümumi tamaşaçı sayı: 590544 (orta hesabla 32808)
1-ci yer: Uruqvay
2-ci yer: Argentina
3-cü yer: Yuqoslaviya, ABŞ
Bombardir: Gilyermo Stabile (Argentina) – 8

DÇ-1934 – İTALİYA
Vaxt: 27 may – 10 iyun
Oyunların keçirildiyi stadionların sayı: 8
İştirakçılar (4 konfederasiyadan 16 komanda): İtaliya, Almaniya, Fransa, Macarıstan, Avstriya, Çexoslovakiya, Belçika, İsveç, Hollandiya, İsveçrə, Rumıniya, İspaniya, Argentina, Braziliya, ABŞ, Misir.
Oyun sayı: 17
Qol sayı: 70 (orta hesabla 4,12)
Het-trik: 3
Penalti: 4 (1-i qeyri-dəqiq)
Sarı (qırmızı) vərəqə: 0 (1)
Tamaşaçı sayı: 363000 (orta hesabla 21353)
1-ci yer: İtaliya
2-ci yer: Çexoslovakiya
3-cü yer: Almaniya
Bombardir: Oldrjix Needlı (Çexoslovakiya) – 5

DÇ-1938 – FRANSA
Vaxt: 4–19 iyun
Oyunların keçirildiyi stadionların sayı: 10
İştirakçılar (4 konfederasiyadan 15 milli komanda): Fransa, İtaliya, Almaniya, Çexoslovakiya, Macarıstan, İsveç, Niderland, İsveçrə, Rumıniya, Norveç, Polşa, Belçika, Braziliya, Kuba, Niderland Ost-Hindi (Almaniya tərəfindən ilhaq edilən Avstriyaturnirə qatıla bilmədi)
Oyun sayı: 18
Qol sayı: 84 (orta hesabla 4,67)
Poker: 1
Het-trik: 3
Penalti: 5 (2-si qeyri-dəqiq)
Sarı (qırmızı) vərəqə: 0 (4)
Tamaşaçı sayı: 376000 (orta hesabla 20889)
1-ci yer: İtaliya
2-ci yer: Macarıstan
3-cü yer: Braziliya
Bombardir: Leonidas da Silva (Braziliya) – 7

DÇ-1950 – BRAZİLİYA
Vaxt: 24 iyun – 16 iyul
Oyunların keçirildiyi stadionların sayı: 6
İştirakçılar (3 konfederasiyadan 13 milli komanda): Braziliya, Boliviya, Çili, Paraqvay, Uruqvay, İtaliya, İsveçrə, İsveç, İspaniya, İngiltərə, Yuqoslaviya, Meksika, ABŞ.
Oyun sayı: 22
Qol sayı: 88 (orta hesabla 4)
Poker: 1
Het-trik: 1
Penalti: 4 (1-i qeyri-dəqiq)
Sarı (qırmızı) vərəqə: 1 (0)
Tamaşaçı sayı: 1045246 (orta hesabla 47511)
1-ci yer: Uruqvay
2-ci yer: Braziliya
3-cü yer: İsveç
Bombardir: Ademir (Braziliya) – 8

DÇ-1954 – İSVEÇRƏ
Vaxt: 16 iyun – 4 iyul
Oyunların keçirildiyi stadionların sayı: 6
İştirakçılar (4 konfederasiyadan 16 milli komanda): İtaliya, İsveçrə, AFR, Macarıstan, Türkiyə, Avstriya, Fransa, İngiltərə, Çexoslovakiya, Yuqoslaviya, Şotlandiya, Belçika, Braziliya, Uruqvay, Meksika, Koreya
Oyun sayı: 26
Qol sayı: 140 (orta hesabla 5,38)
Poker: 1
Het-trik: 7
Penalti: 8 (1-i qeyri-dəqiq)
Sarı (qırmızı) vərəqə: 0 (3)
Avtoqollar: 4
Tamaşaçı sayı: 768607 (orta hesabla 29562)
1-ci yer: AFR
2-ci yer: Macarıstan
3-cü yer: Avstriya
Bombardir: Şandor Koçiş (Macarıstan) – 11

DÇ-1958 – İSVEÇ
Vaxt: 8 – 29 iyun
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (3 konfederasiyadan 16 milli komanda): AFR, Avstriya, Çexoslovakiya, Fransa, İngiltərə, İsveç, Macarıstan, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Uels, Yuqoslaviya,  Argentina, Braziliya, Paraqvay, Meksika
Oyun sayı: 35
Qol sayı: 126 (orta hesabla 3,6)
Poker: 1
Het-trik: 2
Penalti: 10 (3-ü qeyri-dəqiq)
Sarı (qırmızı) vərəqə: 0 (3)
Avtoqol: 0
Tamaşaçı sayı: 819810 (orta hesabla 23423)
1-ci yer: Braziliya
2-ci yer: İsveç
3-cü yer: Fransa
Bombardir: Jüst Fonten (Fransa) – 13

DÇ-1962 – ÇİLİ
Vaxt: 30 may – 17 iyun
Oyunların keçirildiyi stadionların sayı: 4
İştirakçılar (3 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Bolqarıstan, Braziliya, Çexoslovakiya, Çili, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Kolumbiya, Macarıstan, Meksika, SSRİ, Uruqvay, Yuqoslaviya.
Oyun sayı: 32
Qol sayı: 89 (orta hesabla 2,78)
Poker: 0
Het-trik: 1
Penalti: 8 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 1 (6)
Avtoqol: 0
Tamaşaçı sayı: 893172 (orta hesabla 27912)
1-ci yer: Braziliya
2-ci yer: Çexoslovakiya
3-cü yer: Çili
Bombardirlər: Qarrinça, Vava (hər ikisi Braziliya), L.Sançes (Çili), V.İvanov (SSRİ), Albert (Macarıstan), Yerkoviç (Yuqoslaviya) – 4

DÇ-1966 – İNGİLTƏRƏ
Vaxt: 11–30 iyul
Oyunların keçirildiyi stadionların sayı: 8
İştirakçılar (4 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Bolqarıstan, Braziliya, Çili, Fransa, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, KXDR, Macarıstan, Meksika, Portuqaliya, SSRİ, Uruqvay.
Oyun sayı: 32
Qol sayı: 89 (orta hesabla 2,78)
Poker: 1
Het-trik: 1
Penalti: 8 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 21 (5)
Avtoqol: 2
Tamaşaçı sayı: 1563135 (orta hesabla 48848)
1-ci yer: İngiltərə
2-ci yer: AFR
3-cü yer: Portuqaliya
Bombardir: Eysebio (Portuqaliya) – 9

DÇ-1970 – MEKSİKA
Vaxt: 31 may – 21 iyun
Oyunların keçirildiyi şəhərlər: Qvadalaxara, Leon, Mexiko, Puebla, Toluka
Oyunların keçirildiyi stadionların sayı: 5
İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): AFR, Belçika, Bolqarıstan, Braziliya, Çexoslovakiya, İngiltərə, İsrail, İsveç, İtaliya, Meksika, Mərakeş, Peru, Rumıniya, Salvador, SSRİ, Uruqvay.
Oyun sayı: 32
Qol sayı: 95 (orta hesabla 2,97)
Poker: 0
Het-trik: 2
Penalti: 5 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 51 (0)
Avtoqol: 1
Tamaşaçı sayı: 1604065 (orta hesabla 50127)
1-ci yer: Braziliya
2-ci yer: İtaliya
3-cü yer: AFR
Bombardir: Gerd Müller (AFR) – 10

DÇ-1974 – AFR
Vaxt: 13 iyun – 7 iyul
Oyunların keçirildiyi stadionların sayı: 9
İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): ADR, AFR, Argentina, Avstraliya, Bolqarıstan, Braziliya, Çili, Haiti, İsveç, İtaliya, Niderland, Polşa, Şotlandiya, Uruqvay, Yuqoslaviya, Zair.
Oyun sayı: 38
Qol sayı: 97 (orta hesabla 2,55)
Poker: 0
Het-trik: 2
Penalti: 8 (6-sı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 86 (5)
Avtoqol: 3
Tamaşaçı sayı: 1865762 (orta hesabla 49099)
1-ci yer: AFR
2-ci yer: Niderland
3-cü yer: Polşa
Bombardir: Qjeqoj Lyato (Polşa) – 7

DÇ-1978 – ARGENTİNA
Vaxt: 1-25 iyun
Oyunların keçirildiyi stadionların sayı: 6
İştirakçılar (5 konfederasiyadan 16 milli komanda): AFR, Argentina, Avstriya, Braziliya, Fransa, Niderland, İran, İspaniya, İsveç, İtaliya, Macarıstan, Meksika, Peru, Polşa, Tunis, Şotlandiya
Oyun sayı: 38
Qol sayı: 102 (orta hesabla 2,68)
Poker: 0
Het-trik: 2
Penalti: 14 (12-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 58 (3)
Avtoqol: 3
Tamaşaçı sayı: 1545791 (orta hesabla 40679)
1-ci yer: Argentina
2-ci yer: Niderland
3-cü yer: Braziliya
Bombardir: Mario Kempes (Argentina) – 6

DÇ-1982 – İSPANİYA
Vaxt: 13 iyun – 11 iyul
Oyunların keçirildiyi stadionların sayı: 17
İştirakçılar (6 konfederasiyadan 24 milli komanda): AFR, Argentina, Avstriya, Belçika, Braziliya, Çexoslovakiya, Çili, Əlcəzair, Fransa, Honduras, İngiltərə, İspaniya, İtaliya, Kamerun, Küveyt, Macarıstan, Peru, Polşa, Salvador, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Yeni Zelandiya, Yuqoslaviya
Oyun sayı: 52
Qol sayı: 146 (orta hesabla 2,81)
Poker: 0
Het-trik: 4
Penalti: 10 (8-i dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 98 (5)
Avtoqol: 1
Tamaşaçı sayı: 2109723 (orta hesabla 40572)
1-ci yer: İtaliya
2-ci yer: AFR
3-cü yer: Polşa
Bombardir: Paolo Rossi (İtaliya) – 6

DÇ-1986 – MEKSİKA
Vaxt: 31 may – 29 iyun
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): AFR, Argentina, Belçika, Bolqarıstan, Braziliya, Danimarka, Əlcəzair, Fransa, İngiltərə, İraq, İspaniya, İtaliya, Kanada, Koreya, Macarıstan, Meksika, Mərakeş, Paraqvay, Polşa, Portuqaliya, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Uruqvay
Oyun sayı: 52
Qol sayı: 132 (orta hesabla 2,54)
Poker: 1
Het-trik: 3
Penalti: 16 (12-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 137 ( 8 )
Avtoqol: 1
Tamaşaçı sayı: 2394031 (orta hesabla 46039)
1-ci yer: Argentina
2-ci yer: AFR
3-cü yer: Fransa
Bombardir: Qari Lineker (İngiltərə) – 6

DÇ-1990 – İTALİYA
Vaxt: 8 iyun – 8 iyul
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): ABŞ, AFR, Argentina, Avstriya, Belçika, BƏƏ, Braziliya, Çexoslovakiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Kosta Rika, Misir, Niderland, Rumıniya, SSRİ, Şotlandiya, Uruqvay, Yuqoslaviya
Oyun sayı: 52
Qol sayı: 115 (orta hesabla 2,21)
Poker: 0
Het-trik: 2
Penalti: 18 (13-ü dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 169 (16)
Avtoqol: 0
Tamaşaçı sayı: 2516348 (orta hesabla 48391)
1-ci yer: AFR
2-ci yer: Argentina
3-cü yer: İtaliya
Bombardir: Salvatore Skillaçi (İtaliya) – 6

DÇ-1994 – ABŞ
Vaxt: 17 iyun – 17 iyul
Oyunların keçirildiyi stadionların sayı: 9
İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): ABŞ, Almaniya, Argentina, Belçika, Boliviya, Bolqarıstan, Braziliya, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Meksika, Mərakeş, Niderland, Nigeriya, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Yunanıstan
Oyun sayı: 52
Qol sayı: 141 (orta hesabla 2,71)
Penta-trik: 1
Poker: 0
Het-trik: 1
Penalti: 15 (hamısı dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 235 (15)
Avtoqol: 1
Tamaşaçı sayı: 3597042 (orta hesabla 69174)
1-ci yer: Braziliya
2-ci yer: İtaliya
3-cü yer: İsveç
Bombardirlər: Xristo Stoiçkov (Bolqarıstan), Oleq Salenko (Rusiya) – 6

DÇ-1998 – FRANSA
Vaxt: 10 iyun – 12 iyul
Oyunların keçirildiyi stadionların sayı: 10
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstriya, Belçika, Bolqarıstan, Braziliya, Cənubi Afrika, Çili, Danimarka, Fransa, Xorvatiya, İngiltərə, İran, İspaniya, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Meksika, Mərakeş, Niderland, Nigeriya, Norveç, Paraqvay, Rumıniya, Səudiyyə Ərəbistanı, Şotlandiya, Tunis, Yamayka, Yaponiya, Yuqoslaviya
Oyun sayı: 64
Qol sayı: 171 (orta hesabla 2,67)
Poker: 0
Het-trik: 1
Penalti: 18 (17-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 258 (22)
Avtoqol: 6
Tamaşaçı sayı: 2784687 (orta hesabla 43511)
1-ci yer: Fransa
2-ci yer: Braziliya
3-cü yer: Xorvatiya
Bombardir: Davor Şuker (Xorvatiya) – 6

DÇ-2002 – KOREYA, YAPONİYA
Vaxt: 31 may – 30 iyun
Oyunların keçirildiyi stadionların sayı: 20
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Belçika, Braziliya, Cənubi Afrika, Çin, Danimarka, Ekvador, Fransa, Xorvatiya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kamerun, Koreya, Kosta Rika, Meksika, Nigeriya, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Seneqal, Səudiyyə Ərəbistanı, Sloveniya, Tunis, Türkiyə, Uruqvay, Yaponiya
Oyun sayı: 64
Qol sayı: 161 (orta hesabla 2,52)
Poker: 0
Het-trik: 2
Penalti: 18 (13-ü dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 272 (17)
Avtoqol: 3
Tamaşaçı sayı: 2705198 (orta hesabla 42269)
1-ci yer: Braziliya
2-ci yer: Almaniya
3-cü yer: Türkiyə
Bombardir: Ronaldo (Braziliya) – 8

DÇ-2006 – ALMANİYA
Vaxt: 9 iyun – 9 iyul
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Anqola, Argentina, Avstraliya, Braziliya, Çexiya, Ekvador, Fransa, Xorvatiya, İngiltərə, İran, İspaniya, İsveç, İsveçrə, İtaliya, Koreya, Kosta Rika, Kot d’İvuar, Qana, Meksika, Niderland, Paraqvay, Polşa, Portuqaliya, Serbiya və Monteneqro, Səudiyyə Ərəbistanı, Toqo, Trinidad və Tobaqo, Tunis, Ukrayna, Yaponiya
Oyun sayı: 64
Qol sayı: 147 (orta hesabla 2,3)
Poker: 0
Het-trik: 0
Penalti: 17 (13-ü dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 345 (28)
Avtoqol: 4
Tamaşaçı sayı: 3359439 (orta hesabla 52491)
1-ci yer: İtaliya
2-ci yer: Fransa
3-cü yer: Almaniya
Bombardir: Miroslav Kloze (Almaniya) – 5

DÇ-2010 – Cənubi Afrika
Vaxt: 11 iyun – 11 iyul
Oyunların keçirildiyi stadionların sayı: 10
İştirakçılar (6 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Cənubi Afrika, Çili, Danimarka, Əlcəzair, Fransa, Honduras, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Kamerun, KXDR, Koreya, Kot d’İvuar, Qana, Meksika, Niderland, Nigeriya, Paraqvay, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, Uruqvay, Yaponiya, Yeni Zelandiya, Yunanıstan
Oyun sayı: 64
Qol sayı: 145 (orta hesabla 2,27)
Poker: 0
Het-trik: 1
Penalti: 15 (9-u dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 261 (17)
Avtoqol: 2
Tamaşaçı sayı: 3178856 (orta hesabla 49670)
1-ci yer: İspaniya
2-ci yer: Niderland
3-cü yer: Almaniya
Bombardirlər: Tomas Müller (Almaniya), David Vilya (İspaniya), Uesli Sneyder (Niderland), Dieqo Forlan (Uruqvay) – 5

DÇ-2014 – BRAZİLİYA
Vaxt: 12 iyun – 13 iyul
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstraliya, Belçika, Bosniya və Hersoqovina, Braziliya, Çili, Ekvador, Əlcəzair, Fransa, Honduras, Xorvatiya, İngiltərə, İran, İspaniya, İsveçrə, İtaliya, Kamerun, Kolumbiya, Koreya, Kosta Rika, Kot d’İvuar, Qana, Meksika, Niderland, Nigeriya, Portuqaliya, Rusiya, Uruqvay, Yaponiya, Yunanıstan 
Oyun sayı: 64
Qol sayı: 171 (orta hesabla 2,67)
Poker: 0
Het-trik: 2
Penalti: 13 (12-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 187 (10)
Avtoqol: 5
Tamaşaçı sayı: 3429873 (orta hesabla 53592)
1-ci yer: Almaniya
2-ci yer: Argentina
3-cü yer: Niderland
Bombardir: Xames Rodriges (Kolumbiya) – 6

DÇ-2018 - RUSİYA
Vaxt: 14 iyun - 15 iyul
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 32 milli komanda): Almaniya, Argentina, Avstraliya, Belçika, Braziliya, Danimarka, Fransa, Xorvatiya, İngiltərə, İran, İslandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Kolumbiya, Koreya, Kosta Rika, Meksika, Mərakeş, Misir, Nigeriya, Polşa, Portuqaliya, Peru, Rusiya, Seneqal, Serbiya, Səudiyyə Ərəbistanı, Tunis, Uruqvay, Yaponiya
Oyun sayı: 64
Qol sayı: 169 (orta hesabla 2,64)
Poker: 0
Het-trik: 2
Penalti: 29 (22-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 219 (4)
Avtoqol: 12
Tamaşaçı sayı: 3031768 (orta hesabla 47371)
1-ci yer: Fransa
2-ci yer: Xorvatiya
3-cü yer: Belçika
Bombardir: Harri Keyn (İngiltərə) – 6

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X