15:29 23.12.2022 307

2022 Azərbaycan idmanında nə ilə yadda qaldı? - İlə baxış

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Daha bir ili geridə qoymaq üzrəyik. 2022-ci il ölkədə əksər sahələrdə olduğu kimi, idmanda da bir sıra diqqətçəkən hadisələrlə yadda qaldı. Uğursuz olan Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra ölkə idmanında, müvafiq idman federasiyalarında edilən dəyişikliklər il ərzində özünü müəyyən mənada göstərdi.

Başlayaq Azərbaycan idmanının ağır artilleriyası adlandırılan güləşdən.

2022-ci il ölkə güləşi adına bir sıra ilklərlə yadda qaldı. 23 yaşadək güləşçilərin Avropa çempionatında sərbəst güləş yığması komanda hesabında birinci yeri tutdu. Böyüklərin Avropa çempionatında həm yunan-Roma, həm sərbəst güləş millimiz birinci oldu. Yeniyetmələrin qitə çempionatında da hər iki komandamız ümumi sıralamada ən yaxşı nəticəni göstərdilər. Yeniyetmələrin dünya çempionatında isə millilərimiz ilk "üçlük"də yer aldılar. Böyüklərin dünya çempionatında "klassiklər"imiz həm medalların sayına, həm əyyarına, həm də toplanan xallara görə rekord müəyyənləşdirdi.

O cümlədən, İslam Həmrəyliyi Oyunlarının yekunları güləş adına uğurlu oldu. Həmin yarışda toplam 23 medal qazanıldı ki, bunlardan 8-i qızıl oldu.

Bunlarla yanaşı, il bir sıra yerli yarışların təşkili ilə əlamətdar oldu. İlk dəfə U-15 və çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirildi. Bundan başqa, ölkəmiz ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Həmçinin ilk dəfə olaraq "Təhsil" beynəlxalq turniri təşkil olundu. 

Ümumiləşdirsək, iqtisadiyyat naziri Mikayıl Cabbarovun federasiya prezidenti seçilməsindən sonrakı ilk ili ölkə güləşi üçün uğurlu saymaq olar. Yalnız olimpiya çempionu Namiq Abdullayevin rəhbərlik etdiyi böyüklərdən ibarət sərbəst güləş yığmasının dünya çempionatında uğursuz çıxışını qeyd etməliyik. Serbiyanın paytaxtı Belqradda təşkil olunan sözügedən mundialda sadəcə iki "bürünc" qazanıldı ki, həmin mükafatlar da milliləşdirilmiş idmançıların sayəsində əldə olundu. 

Tokio-2020-dəki uğursuzluqdan sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti postunda Rövnəq Abdullayevi əvəzləyən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərliyinin ilk ilində ölkə cüdosunda canlanma müşahidə olundu desək, yanılmarıq. Azərbaycan yığması il əzində beynəlxalq yarışlarda 198 medal əldə edib ki, bunlardan 66-sı qızıl, 56-sı gümüş, 76-sı bürünc əyyarlıdır. Əldə olunan mükafatlar arasında Hidayət Heydərovun Avropa çempionatında qızıl, dünya çempionatında bürünc medalı, həmçinin Zelim Kotsoyevin mundialda bürünc medalı xüsusi yer tutur.

Müxtəlif yaş qrupları üzrə yığmalar qatıldıqları əksər komanda yarışlarında mükafata layiq yerlər tutdular. Daha önəmli məqam Azərbaycan cüdosu tarixində ilk dəfə komanda yarışında qızıl medalın əldə olunmasıdır. Ölkəmizin idmançıları qeyd olunan uğura Avropa Gənclər Yay Olimpiya Festivalında nail oldu. Ümumiyyətlə, bu il 23 yaşadək cüdoçuların Avropa çempionatı istisna olmaqla, komandalarımız iştirak etdikləri bütün yarışların komanda turnirində mükafatçılar sırasında yer aldılar. Yeniyetmələrin Avropa birinciliyində 3-ü qızıl olmaqla, ümumilikdə qazanılan 8 medal Azərbaycan cüdosu adına yüksək nəticələrdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, gənclərin Avropa çempionatında da 3 qızıl, 1 gümüş və 1 bürünc mükafat da xüsusi qeyd olunmalıdır. Bakı "Böyük Dəbilqə" turnirində 4 qızıl, 2 bürünc medal sadəcə paytaxtımızda təşkil olunan analoji yarışda deyil, ümumilikdə "Böyük Dəbilqə" turnirlərində əldə olunan ən yaxşı nəticə idi.

İl ərzində əldə edilən əsas nəticələrdən biri daxili yarışların sayının kifayət qədər artırılması oldu. 30-dan yuxarı daxili yarış təşkil olunub ki, həmin turnirlərdə 8 minə yaxın cüdoçu qüvvəsini sınayıb.

Həmçinin geridə qoymağa hazırlaşdığımız ildə hakimlik üzrə nəzərəçarpacaq nəticələr əldə edildi. Ölkənin üç cüdo hakimi A, iki hakimimiz B kateqoriyası aldı. İlk dəfə bir qadın hakimimiz A kateqoriyası aldı. Hazırda ölkədə aktiv beynəlxalq dərəcəli hakimlərin sayı 8-dir. 

Diqqətçəkən məqamlardan daha biri məşqçilərin təhsilinə xüsusi diqqət yetirilməsidir. Hazırda 78 məşqçimiz Beynəlxalq Cüdo Federasiyasının akadamiyasında təhsillərini davam etdirir. Nəzəri hissəni başa vurublar, iki praktiki kurs keçiblər. Önümüzdəki günlərdə üçüncü əyani kurs olacaq. 2023-cü ilin fevral ayının 6-dan 19-dək məşqçilərimiz Bakıda praktiki imtahanlar verəcəklər. 

Həmçinin bu ildən etibarən klubların, idman cəmiyyətlərinin lisenziyalaşdırılması ilə bağlı yeni qaydalar qəbul edildi. 

Ümumilikdə ACF tərəfindən maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində bir sıra tədbirlər görüldüyünü qeyd etməliyik.

2022-də boks üzrə dünya çempionatı olmadığından, təqvimdə əsas yarış Avropa çempionatı idi. Lakin yarış İrəvanda keçirildiyindən, Azərbaycan yığması qitə çempionatını buraxası oldu. Belədə böyüklərdən ibarət milli komandanın üzvləri il ərzində yalnız müəyyən beynəlxalq yarışlarda çıxışla  yadda qaldı. Bu mənada bu yaxınlarda Qazaxıstanın Karaqanda şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycan millisinin 12 (5 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanaraq komanda hesabında birinci yeri tutduğunu da xüsusi qeyd etməliyik. 

Habelə qadın boksçuların Avropa çempionatında bir gümüş, bir bürünc medalın əldə olunduğunu, gənc qızların qitə birinciliyində tarixdə ilk dəfə Azərbaycan təmsilçisinin qızıl medala sahib çıxdığını vurğulamaq yerinə düşər. O cümlədən aşağı yaş qrupları üzrə yığmalar da mötəbər yarışlarda ilklərlə əlamətdar olan nəticələrə sahib çıxdı.

Başa çatmaqda olan il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) üçün bir sıra yeniliklərlə əlamətdar oldu. 

Bu idman növü adına ilin əsas hadisələri Suqovuşan qəsəbəsində və Mingəçevir şəhərində 2 beynəlxalq idman tədbirinin – may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku” və oktyabrda təşkil olunan, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilən “Mingəçevir Reqatası” yarışlarının keçirilməsi idi.
Sözügedən yarışların iştirakçı ölkələrin idmançıları və nümayəndə heyətləri tərəfindən razılıqla qarşılandığını qeyd etməliyik. 

İl ərzində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nəticələrə gəlincə, Diana Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş medal əldə edib. Yeri gəlmişkən, AKAF rəsmiləri bu idman növünün Xəzər dənizində inkişaf perspektivləri barədə danışarkən qeyd ediblər ki, bu istiqamətdə konkret addımlar atılmaqdadır və bunun üçün qarşıdakı illərdə beynəlxalq yarışların təşkili məsələsi də müzakirə olunur.

Azərbaycanda ən kütləvi növlərdən sayılan şahmatda da bir sıra əlamətdar hadisələr yaşandı. Xüsusən qadın şahmatçılar adına ili kifayət qədər uğurlu adlandırmaq olar. Qadın zəkalarımız tarixdə ilk dəfə şəxsi Avropa çempionatında medallara sahib çıxdılar. Həmçinin ilk dəfə olaraq Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva dünya çempionatının baş mükafatına yiyələndi. İtaliyada təşkil olunan sözügedən mundialda oğlanların yarışında da qızıl medalı ölkəmizin təmsilçisi Abdulla Qədimbəyli qazandı. Komanda yarışlarına gəldikdə, bu mənada ilin əsas hadisəsi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası idi ki, həmin yarışda da qadınlar daha inamlı çıxışla yadda qaldı. Mükafata layiq yer qazanılmasa da, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gövhər Beydullayevadan ibarət kollektiv tarixdə ilk dəfə son turadək medal iddiasını qorumaqla diqqətləri üzərinə çəkdi. Fərdi planda ilin əsas hadisəsi isə Madriddə təşkil olunan İddiaçılar Turniri idi ki, orada üçüncü olan Azərbaycan təmsilçisi Teymur Rəcəbov ilk turlardakı uğursuzluğun acısını yekun nəticədə yaşamış oldu. 

Əldə olunan uğurlardan danışarkən, qılıncoynatmadakı nailiyyətlərə toxunmasaq, olmaz. Azərbaycan təmsilçisi Anna Başta Avropa çempionluğunun ardından dünya çempionatında gümüş mükafata sahib çıxaraq bu növ üzrə uzun illərin həsrətinə son qoydu. İdmançının həmçinin iki Dünya Kubokunda birincilik qazanmasını və ili dünya reytinqinin lideri kimi başa vurmasını vurğulamalıyıq.

Fərdi növlər arasında ili ən zəif keçirən taekvondo oldu. Azərbaycanın olimpiya "qızıl"ı qazandığı bu növ üzrə yığma hələ də köhnə günlərin xiffətini çəkdirir. İslam Həmrəyliyi Oyunlarında belə, qızıl medal qazana bilməyən əsas yığma adına yeganə diqqətçəkən uğur Cavad Ağayevin dünya çempionatındakı bürünc mükafatı sayıla bilər.

Komanda idman növlərinə gəldikdə, ilin əsas hadisəsi, şübhəsiz ki, "Qarabağ" futbol klubunun tarixdə ikinci dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması oldu. Burada Çexiyanın "Viktoriya" klubuna məğlub olan ağdamlılar çıxışını Avropa Liqasının qrup mərhələsində davam etdirdi. İlk üç turdan sonra qrup ikincisi olan və ən yaxın izləyicisini 4 xal qabaqlayan Qurban Qurbanovun yetirmələri uğurlu çıxışın ardını gətirə bilmədi və yekun nəticədə qrup üçüncüsü kimi Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Təmsilçimiz burada növbəti ilin fevralında Belçikanın "Gent" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Futboldan söz düşmüşkən, minifutbol üzrə yığmanın Avropa çempionu olmasını da qeyd etməliyik.

Voleybol adına ilin əsas hadisəsi isə qadınlardan ibarət Azərbaycan yığmasının tarixində 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksəlməsi oldu. Uzun fasilədən sonra Azərbaycanı avrokuboklarda (Çelenc kuboku) iki klub - qadın voleybolçulardan ibarət “Azərreyl” və kişilərdən ibarət “Murov” klubu təmsil etdi. Çelenc kubokunun 1/8 final mərhələsinədək irəliləyən "Murov" Niderlandın “Orion” klubuna məğlub olaraq mübarizəni dayandırdı. “Azərreyl” klubu isə 1/16 final mərhələsində Almaniyanın “VFB SUHL Thüringen” komandasına məğlub olaraq yarışda çıxışını sonlandırdı.

Basketbolda ilin əsas hadisəsi isə ölkə çempionatının bərpası sayıla bilər. Paralel olaraq Tələbə Liqası, Həvəskarlar Liqası keçirilməyə başladı. Həmçinin bu növ üzrə U-18 millimiz San-Marinoda təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bürünc mükafata layiq görüldü. Bununla yanaşı, 3x3 basketbol millələrimizin Konyada baş tutan V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını da xatırlamaq yerinə düşər. Belə ki, həmin yarışlarda qadınlar qızıl, kişilər gümüş medala sahib çıxdılar. 

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

12:15

"Sabah" "Sumqayıt"ı, "Səbail" "Neftçi"ni, "Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X