I divizionda XXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Energetik”in qonağı olan “Ağsu” rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da Mingəçevir klubu mövsümdə 20-ci məğlubiyyətinə üzülüb.
İkinci oyun günündə 3 matç baş tutub. "Qaradağ" səfərdə MOİK-i 2:1 hesabı ilə yenib. "Karvan" evdə "Mil-Muğan"ı, "Şahdağ" "Şəmkir"i eyni hesabla udub - 2:0.
Bu gün daha 3 oyun keçirilib. Lider "Araz Naxçıvan" səfərdə "Lokomotiv"i 3:1 hesabı ilə yenib. "Bakılı" eyni hesabla "Turan-T"ni üstələyib. "Kəpəz" - "Göyəzən" matçında isə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, bu turun "Şuşa" - "Neftçala" qarşılaşması isə mayın 7-nə təyin olunub.
I divizion
2013/14 mövsümü
II dövrə, XXV tur
11 aprel
Energetik - Ağsu 0:2
Qollar: Nicat Tağıyev, 78. Elnur Səmədov, 87.
12 aprel
Karvan - Mil-Muğan 2:0
Qollar: Əli Bağırov, 70-pen. Orxan Məmmədov, 79.
MOİK - Qaradağ 1:2
Qollar: Azad Kərimov, 79 - Mehdi Mehdiyev, 2. İlham Allahverdiyev, 72.
Şahdağ - Şəmkir 2:0
Qollar: Emin Əmiraslanov, 32. Vüqar Əlibabayev, 45.
13 aprel
Kəpəz - Göyəzən 1:1
Qollar: Ziyabil Məmmədov, 67 - Elgün Namazov, 37.
Lokomotiv - Araz Naxçıvan 1:3
Qollar: Ülvi Quliyev, 68 - Mikayıl Rəhimov, 10. Tərlan Xəlilov, 54. David Canalidze, 64.
Bakılı - Turan-T 3:1
Qollar: Şahin Əliyev, 49. Rasim Daşdəmirov, 63. Comərd Baxşəliyev, 90+2-pen - Asəf Qədiri, 9-pen.
| 1 | Araz | 25 | 20 | 4 | 1 | 45-9 | 64 |
| 2 | Neftçala | 24 | 16 | 4 | 4 | 64-15 | 52 |
| 3 | Qaradağ | 25 | 15 | 7 | 3 | 41-11 | 52 |
| 4 | Şahdağ | 25 | 15 | 4 | 6 | 48-15 | 49 |
| 5 | Ağsu | 25 | 14 | 5 | 6 | 44-23 | 47 |
| 6 | Şuşa | 24 | 12 | 8 | 4 | 45-19 | 44 |
| 7 | Turan-T | 25 | 11 | 5 | 9 | 44-37 | 38 |
| 8 | Karvan | 25 | 11 | 5 | 9 | 38-43 | 38 |
| 9 | Lokomotiv | 25 | 11 | 2 | 12 | 37-45 | 35 |
| 10 | Mil-Muğan | 25 | 8 | 6 | 11 | 24-30 | 30 |
| 11 | MOİK | 25 | 7 | 6 | 12 | 30-42 | 27 |
| 12 | Bakılı | 25 | 6 | 6 | 13 | 27-43 | 24 |
| 13 | Şəmkir | 25 | 6 | 6 | 13 | 24-37 | 24 |
| 14 | Kəpəz | 25 | 5 | 4 | 15 | 23-30 | 19 |
| 15 | Göyəzən | 25 | 2 | 2 | 21 | 11-78 | 8 |
| 16 | Energetik | 25 | 1 | 4 | 20 | 7-74 | 7 |
Bombardirlər: Əli Bağırov (Karvan) - 18. Sərxan Ağayev (Şahdağ) - 17. Elvin Adışirinli (Neftçala/Şuşa), David Canalidze (Araz Naxçıvan) - 14. Ceyhun Abdullayev (Neftçala), Məhəmməd Bədəlbəyli (MOİK) - 12. Rəşad Piriyev (Turan-T) - 11.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol