15:11 05.08.2014 1066

Yay çempionu - "Xəzər Lənkəran", bombardir - Qurbanov

Topaz Premyer Liqasında 2014/15 mövsümünə avqustun 9-da start veriləcək. Artıq klublarımız təlim-məşq toplanışlarını və yoxlama oyunlarını yekunlaşdırıb, ilk turun matçlarına hazırlaşır. Fanat.az Premyer Liqa təmsilçilərinin yayda keçirdiyi oyunlara yenidən nəzər salır.


9 klub, 4 ölkə


Premyer Liqada çıxış edən 10 klubdan 9-u hazırlıqlarını ölkə xaricində keçirib. Bəziləri 2, bəziləri isə 1 ölkədə səfərdə olub.


"Qəbələ" Sloveniya və Hollandiya, "Simurq" Sloveniya və Avstriya, "Xəzər Lənkəran", "Neftçi" və "İnter" Türkiyə və Avstriyada təlim-məşq toplanışında olub. 4 klub isə xaricdə bir ölkəyə üz tutub. Belə ki, "Qarabağ" Avstriyada, AZAL, "Sumqayıt" və "Araz Naxçıvan" isə Türkiyədə təlim-məşq toplanışı keçib. Maliyyə böhranında boğulan "Bakı" isə ölkəni tərk etməyib.


57 oyun, 110 qol


Klublarımız yay fasiləsi zamanı 57 oyuna çıxıb. Premyer Liqa təmsilçilərinin 11 matçda rəqibi yerli klublar olub. AZAL 4, "Sumqayıt" və "Bakı" 3, "İnter" 1 belə matça çıxıb. Premyer Liqa təmsilçilərinin yeganə qarşılaşması "İnter"lə AZAL arasında buş tutub. Bu oyunda "bankirlər" 2:0 hesablı qələbə qazanıb.


58 oyunda klublarımız 110 qol vurub. Bu hər oyuna orta hesabla hər matçda 1,89 top deməkdi. Yayın ən məhsuldar komandası "İnter" olub. "Bankilər" 5 oyunda 17 dəfə fərqlənib (orta hesabla 3,4). "Sumqayıt" da eyni sayda qola imza atıb. Lakin "gənclik şəhəri" təmsilçisi bu göstəriciyə 8 matçda nail olub. 


22 ölkə, 1 qitə, 46 oyun


Klublarımız ölkə xaricində 22 ölkə təmsilçiləri ilə 46 oyun keçirib. Rəqiblərdən biri isə qitə təmsilçisi olub. Belə "İnter" Türkiyə toplanışı zamanı afrikalı gənclərdən təşkil olunmuş "Afrikan Çellen U-21" komandası ilə qarşılaşıb. AZAL isə Türkiyədə İranın U-21 yığması ilə oyun keçirib.


Qalan 44 oyunda rəqiblər 22 ölkənin klubları olub. "Neftçi" Avropa Liqasındakı rəqibi "Çixura" ilə iki dəfə qarşılaşıb.


Klublarımız ən çox Türkiyə təmsilçiləri ilə üz-üzə gəlib - 7 oyun. Sloveniya və Gürcüstan klubları ilə 4 matç keçirən Premyer Liqa təmsilçiləri Hollandiya, Ukrayna, Almaniya və Rusiya komandaları ilə 3, Avstriya, İran və Türkmənistan təmsilçiləri ilə 2 dəfə üz-üzə gəlib.


Azərbaycan - 11

Türkiyə - 7

Sloveniya - 4

Gürcüstan - 4

Hollandiya - 3

Ukrayna - 3

Almaniya - 3

Rusiya - 3

Avstriya - 2

İran - 2

Türkmənistan - 2

Slovakiya- 1

Səudiyyə Ərəbistanı - 1

Rumıniya - 1

Çexiya - 1

Özbəkistan - 1

Makedoniya - 1

Xorvatiya - 1

İsrail - 1

Albaniya - 1

Qətər - 1

Latviya - 1

Serbiya - 1

Afrika - 1


67 futbolçu qol vurdu


Yay fasiləsində 110 qoldan 105-nə 67 futbolçu imza atıb. Klublarımız 3 avtoqola sevinib. "Simurq" - "Al-Sadd" (Qətər) oyununda (2:3) isə Zaqatala klubunun vurduğu qolların müəllifləri bəlli deyil. Bu barədə "Simurq"un nə rəsmi saytında, nə də "Facebook" səhifəsində məlumat yerləşdirib.


Təlim-toplanışı dövrünün ən məhsuldar futbolçusu Məhəmməd Qurbanov olub. "Sumqayıt"ın gənc üzvü 10 dəfə rəqib qapılarına yol tapıb. O, bu nəticəyə 7 oyunda nail olub. 3 dəfə dubl edən futbolçu 4 matçda 1 qola imza atıb.


"Qarabağ"dan Reynaldo, AZAL-dan Təmkin Xəlilzadə və "Araz Naxçıvan"dan David Canalidze 4 dəfə komandalarını sevindirib. "Qəbələ"dən Nizami Hacıyev, "Sumqayıt"dan Tofiq Mikayılov və "İnter"dən Mirzağa Hüseynpur 3 dəfə fərqlənib.


10 qol - Məhəmməd Qurbanov (Sumqayıt).

4 qol - Reyanldo (Qarabağ), Təmkin Xəlilzadə (AZAL), David Canalidze (Araz Naxçıvan). 

3 qol - Nizami Hacıyev (Qəbələ), Tofiq Mikayılov (Sumqayıt), Mirzağa Hüseynpur (İnter).

2 qol - Julius Vobay, Samir Məsimov (Neftçi), Mikela Alvaro, Baçana Tsxadadze, Dieqo Madriqal, Yohan Bokonyano (İnter), Rəşad Abdullayev, Viktor İbekoyi, Aydın Qasımov (AZAL), Lukaş Tresnyak, Stepan Polyak (Simurq), Andrey Kristea (Qəbələ), Leroy Corc (Qarabağ), Rauf Əliyev (Xəzər Lənkəran). 

1 qol - Rafael Santos, Murad Musayev, Pavol Farkaş, Yazalde Pinto, Cavid Hüseynov (Qəbələ), Arif Daşdəmirov, Aleksandr Amisulasvili, Asif Məmmədov, İlkin Sadiqov, Matiya Şpiçiç (İnter), Denis Silva, Ruslan Qurbanov, Nicat Qurbanov, Araz Abdullayev, Ernest Nfor (Neftçi), Vüqar Nadirov, Cavid Tağıyev, Leroy Corc, Murem Muarem, Danilo Dias (Qarabağ), Emin Mustafayev, Orxan Səfiyaroğlu, Cimmi Duqlas (AZAL), Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Tərzin Cahangirov, Orxan Əliyev (Sumqayıt), Draqan Çeran, Məhərrəm Hüseynov, İlkin Qırtımov (Simurq), Junior Nіldo, Tyeqo, Fernando Qabriel, Rəşad Sadiqov, Tural Cəlilov, Mbilla Etame, Qalin İvanov (Xəzər Lənkəran), Akif Tağıyev, Eşqin Quliyev, Tərlan Xəlilov (Araz Naxçıvan), Risto Ristoviç, Elvin Əliyev, Elmin Əsgərli, Namiq Ələsgərov, Mario Lukas Horvat, Nicat Əsgərov (Bakı).


Avtoqollar


1. "İnter" Avstriyanın "Şturm" klubu ilə oyunda avtoqola sevinib.

2. AZAL "Rəvan"la oyunda avtoqola sevinib.

3. "Bakı" "Zirə" ilə oyunda avtoqola sevinib.


Yay çempionu "Xəzər Lənkəran", autsayder "Neftçi"


Yayın ən yaxşı komandası "Xəzər Lənkəran" olub. Oğuz Çətinin yetirmələri 4 oyundan 3-də qələbə qazanıb, 1-də heç-heçə edərək 87,5 faiz göstərici ilə "yay çempionu" adını qazanıb. 


"Xəzər Lənkəran"dan sonra ən yaxşı göstəricini "Bakı" göstərib. Zəif I divizion klubları ilə 3 yoxlama oyunu keçirən paytaxt təmsilçisi 83,32 faizlik nəticəyə imza atıb - 2 qələbə, 1 heç-heçə.


İlk "üçlüy"ü "İnter" qapayır. "Bankirlər" 5 oyundan 4-də qələbə qazanıb, 1-də məğlub olub. Bu 80 faizlik göstərici deməkdi.


Avropa Liqasında mübarizəni davam etdirən "Neftçi" yoxlama oyunlarında ən zəif göstəriciyə imza atıb. "Ağ-qaralar" 6 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub - 33,32.


"Neftçi"nin ilk turdakı rəqibi "Araz Naxçıvan" paytaxt təmsilçisindən 0,01 faiz yaxşı nəticə göstərib. 3 oyunda 1 qələbə qazana bilən Muxtar Respublika klubunun nəticəsi 33,33 faizdi.


"Simurq" 7 oyunda 1 qələbə qazana bilib. 3 oyunda heç-heçə edən Georgi Çixradzenin yetirmələri 4 matçdan məğlub ayrılıb - 35,70 faiz.


Xəzər Lənkəran (4 oyun)

Xəzər Lənkəran - Karpatı (Ukrayna) 2:1

Junior Nіldo, Tyeqo.


Xəzər Lənkəran - Yurmala (Latviya) 3:1

Fernando Qabriel, Rauf Əliyev, Rəşad Sadiqov.


Xəzər Lənkəran - Rad (Serbiya) 2:2

Tural Cəlilov, Rauf Əliyev.


Xəzər Lənkəran - Arsenal (Rusiya) 2:1

Mbilla Etame, Qalin İvanov.


Bakı (3 oyun)

Bakı - Şahdağ 3:1

Risto Ristoviç, Elvin Əliyev, Elmin Əsgərli.


Bakı - Zirə 3:0

Namiq Ələsgərov, Nicat Əsgərov, avtoqol.


Bakı - Neftçala 1:1

Mario Lukas Horvat.


İnter (5 oyun)

İnter - Afrikan Çellen U-21 6:0

Mikela Alvaro (2), İlkin Sadiqov, Mirzağa Hüseynpur, Yoan Bokonyano, Dieqo Madriqal.


İnter - Buhşaxen (Avstriya) 5:0

Mirzağa Hüseynpur (2), Baçana Tsxadadze, Arif Daşdəmirov, Dieqo Madriqal.


İnter - Şturm (Avstriya) 3:2

Aleksandr Amisulasvili, Yohan Bokonyano, Aleksandar Todorovski (avtoqol).


İnter - Spartak (Trnava, Slovakiya) 1:2

Matiya Şpiçiç.


İnter - AZAL 2:0

Baçana Tsxadadze, Asif Məmmədov.


Sumqayıt (8 oyun)

Sumqayıt - Neftçala 5:1

Tofiq Mikayılov (2), Məhəmməd Qurbanov (2), Bəxtiyar Həsənalızadə.


Sumqayıt - Rəvan 2:0

Vurğun Hüseynov, Məhəmməd Qurbanov.


Sumqayıt - Perspolis (İran) 2:3

Tofiq Mikayılov, Məhəmməd Qurbanov.


Sumqayıt - Bunyodkor (Özbəkistan) 1:0

Məhəmməd Qurbanov.


Sumqayıt - Dinamo (Gürcüstan) 2:2

Məhəmməd Qurbanov (2).


Sumqayıt - Altın Asır (Türkmənistan) 3:3

Məhəmməd Qurbanov (2), Tərzin Cahangirov.


Sumqayıt - Balkan (Türkmənistan) 1:1

Məhəmməd Qurbanov.


Sumqayıt - Ağsu 1:0

Orxan Əliyev.


AZAL (9 oyun)

AZAL - Tələbə yığması 3:0

Emin Mustafayev, Viktor İbekoyi (2).


AZAL - Rəvan 3:0

Aydın Qasımov, Orxan Səfiyaroğlu, Anar Həsənov (avtoqol).


AZAL - Neftçala 1:2

Aydın Qasımov.


AZAL - İran (U-21) 2:2

Cimmi Duqlas, Rəşad Abdullayev.


AZAL - Mersin İdman Yurdu (Türkiyə) 2:1

Rəşad Abdullayev (pen), Təmkin Xəlilzadə.


AZAL - Balıkesirspor (Türkiyə) 1:2

Təmkin Xəlilzadə.


AZAL - Antalyaspor (Türkiyə) 2:1

Təmkin Xəlilzadə (2).


AZAL - Kolxeti 1913 (Gürcüstan) 0:0


AZAL - İnter 0:2


Qəbələ (8 oyun)

Qəbələ - Stoynitsa (Sloveniya) 1:0

Nizami Hacıyev.


Qəbələ - Koper (Sloveniya) 0:1


Qəbələ - Maribor (Sloveniya) 1:0

Rafael Santos.


Qəbələ - Arnem (Hollandiya) 4:0

Nizamı Hacıyev, Murad Musayev, Andrey Kristea (2).


Qəbələ - Alkmaar (Hollandiya) 0:2


Qəbələ - Konyaspor (Türkiyə) 2:0

Pavol Farkaş, Yazalde Pinto.


Qəbələ - Herenven (Hollandiya) 0:1


Qəbələ - Qaradağ Lökbatan 2:1

Cavid Hüseynov, Nizami Hacıyev.


Qarabağ (5 oyun)

Qarabağ - Şaxtyor (Ukrayna) 0:2 


Qarabağ - Krasnodar (Rusiya) 0:1


Qarabağ - Vakker Burqhauzen (Almaniya) 2:0

Vüqar Nadirov, Cavid Tağıyev.


Qarabağ - Viktoriya (Çexiya) 3:1

Reynaldo, Leroy Corc, Murem Muarem.


Qarabağ - Sonnenhof Qrossaşpax (Almaniya) 6:1

Leroy Corc (2), Reyanldo (3), Danilo Dias.


Simurq (7 oyun)

Simurq - Aluminiy (Sloveniya) 1:0

Lukaş Tresnyak.


Simurq - Vardar (Makedoniya) 2:2

Stepan Polyak, Draqan Çeran.


Simurq - Lokomativa (Xorvatiya) 3:3

Lukas Tresnak, Stepan Polyak, Məhərrəm Hüseynov.


Simurq - Makkabi (Hayfa, İsrail) 0:2


Simurq - Teuta (Albaniya) 0:0


Simurq - Amkar (Rusiya) 1:4

İlkin Qırtımov.


Simurq - Al-Sadd (Qətər) 2:3


Araz Naxçıvan (3 oyun)

Araz Naxçıvan - Samsunspor (Türkiyə) 1:2

David Canalidze.


Araz Naxçıvan - Tarsus İdman Yurdu (Türkiyə) 2:3

Akif Tağıyev, Eşqin Quliyev.


Anadolu-Ərzurum yığması 4:1

David Canalidze (3), Tərlan Xəlilov.


Neftçi (6 oyun)

Neftçi - Çixura (Gürcüstan) 2:3

Samir Məsimov, Denis Silva.


Neftçi - Çixura (Gürcüstan) 1:1

Julius Vobay.


Neftçi - Əl-Qadisiya (Səudiyyə Ərəbistanı) 3:1

Julius Vobay, Ruslan Qurbanov, Nicat Qurbanov.


Neftçi - Botoşani (Rumıniya) 0:3


Neftçi - Dinamo (Kiyev, Ukrayna) 2:2

Araz Abdullayev, Ernest Nfor.


Neftçi - Dinamo (Almaniya) 1:2

Samir Məsimov.


Komanda

O

Q

H/H

M

T/F

X

Xəzər L

4

3

1

0

9-5

87.50

Bakı

3

2

1

0

7-2

83.32

İnter

5

4

0

1

17-4

80.00

Sumqayıt

8

4

3

1

17-10

68.75

AZAL

9

4

2

3

14-10

66.66

Qəbələ

8

5

0

3

10-5

62.50

Qarabağ

5

3

0

2

11-5

60.00

Simurq

7

1

3

3

9-14

35.70

Araz N

3

1

0

2

7-6

33.33

Neftçi

6

1

2

3

9-12

33.32


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X