
Türkiyənin PTT 1-ci liqasında yeni mövsümün ilk turunun oyunları keçirilir. Fanat.az xəbər verir ki, azərbaycanlı qapıçı Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” da bu gün ilk oyununa çıxıb.
Həmyerlimizin komandası açılış turunda “1461 Trabzon”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Davud Trabzona aparılsa da, start heyətinə düşməyib. Baş məşqçi Beyhan Çalışkan futbolçumuzu ehtiyatda saxlayıb və qapını Onur Bilginə tapşırıb.
Türkiyə
PTT 1-ci liqası
I tur
18 avqust
1461 Trabzon – Fethiyespor 3:2
Qollar: Gökhan Alsan, 2. Barış Memiş, 49. Taha Balcı, 67 - Murat Türkkan, 51. Onur Okan, 74.
Fethiyespor: Onur Bilgin, Hakan Ateş, Sabri Gümüşsoy (Kenan Karışık, 70), Sabri Turqut, Gökhan Dinçer, Liridon Krasniqi, Murat Türkkan, Emre Öztürk (Volkan Kabadayı, 60), Onur Okan, Ufuk Bayraktar, Emre Okur.
Ehtiyat oyunçular: Davud Kərimi, Enes Eser, Birol Parlak, Emre Bilgin, Mustafa Aykut Turan.