19:36 20.04.2015 632

"Say çoxluğunu keyfiyyətə çevirməliyik"

Bakıda 16 yaşadək qızlardan ibarət komandalar arasında keçirilmiş UEFA-nın İnkişaf turnirinin qalibi olan müvafiq yaş qrupuna aid Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov affa.az saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

 

- Əvvəlcə turnirlə bağlı fikrinizi bilmək istərdik. Təəssüratlarınız necədir?

- Bu qəbildən olan turnirlər qadın futbolu sahəsində yeni işə başlayan ölkələr üçün çox əhəmiyyətlidir. Həm futbolçuların beynəlxalq təcrübə toplaması, həm də komandadakı problemləri görmək baxımından vacib oyunlar keçirdik. Ümumiyyətlə, il ərzində belə turnirlər iki dəfə keçirilir. Birincisi Bakıda təşkil olundu, digəri isə iyulda Moldovada baş tutacaq. Məqsədimiz paytaxtımızdakı turniri qələbə ilə başa vurmaq, həm də komandadakı problemləri üzə çıxarıb, aradan qaldırmaq idi. Qaydalara əsasən, komandanın bütün üzvləri 3 oyun ərzində ən azı 80 dəqiqə meydanda olmalı idilər. Onu da qeyd edim ki, biz yeni komanda qururuq. Ötənilki heyətin əksər üzvləri yaşla əlaqədar komandadan ayrıldılar. Bu, yeni komanda ilə ilk ciddi turnirimiz idi. Komandadan tam razı olduğumu deməyim düzgün çıxmazdı. Çünki səhvlərimiz var, amma bunlar düzəldilə biləcək səhvlərdir. Bunun üçün vaxtımız da var. Qazaxıstan yığması ilə oyundan razı qalmadım. Zəif çıxış etdik. Məcburiyyətdən edilən əvəzetmələrin də buna təsiri oldu. 80 dəqiqə limiti bu oyunda dolmalı idi ki, biz Yunanıstanla oyuna əsas heyətlə çıxaq. Milliyə yeni dəvət etdiyimiz futbolçular var, onlar hələ tam uyğunlaşmayıblar.

 

- Səhvlərdən danışdınız. Həmin səhvlər nədən qaynaqlanırdı?

- Qadın futbolunda inkişaf etmiş ölkələrdən deyilik. Bu sahədə ilk addımlarımızı atırıq. Bakıda hazırlıq keçən zaman yoxlama oyunu keçirmək üçün sparrinq-rəqibimiz ola biləcək qadın komandaları tapa bilmirik. Məcburiyyətdən oğlanlarla oynayırıq. Həmin oyunlar da biz istəyən effekti vermir. Həm də beynəlxalq yarışlar zamanı qızlar təzyiq altında olurlar. Çünki oyun təcrübəmiz azdır. Əksəriyyəti milliyə yeni dəvət edilib. Səhvlər də həmin gərginlikdən qaynaqlanır. Taktiki-texniki səhvlərimiz olur, üzərində işləməliyik.

 

- Hazırda bir neçə yaş qrupu üzrə qızlar liqaları keçirilir. Liqalar seçim imkanlarınızı artırırmı?

- Kütləvilik baxımından hər şey bizi qane edir. Artıq bu say çoxluğunu keyfiyyətə çevirməliyik. İndi maraq yaranıb, qalır keyfiyyəti artırmaq. AFFA-nın liqaları təşkil etməkdə əsas məqsədi də budur. Bu gün ölkəmizdə istedadlı qızlar çoxdur. Yeni bir layihəmiz var. Layihəyə əsasən klublardakı istedadlı qızlara həftənin 5 günü yığmanın məşqçiləri əlavə məşqlər keçir. Artıq bunun bəhrəsini görürük.

 

- Bu, klubların işinə mane olmur ki?

- Xeyr, çünki həftəsonu onlar klublarına yollanırlar və çempionat oyunlarında iştirak edirlər.

 

- Təbii ki, bu hazırlığın hamısı payızda keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları üçündür. Qrupda Çexiya, Belçika və Gürcüstan yığmaları ilə qarşılaşacaqsınız…

- Məqsədimiz seçmə oyunlar zamanı uğur qazanmaqdır. İkinci mərhələyə yüksəlmək istəyirik. Bunun üçün imkan da var. Hər 3 oyundan qənaətbəxş nəticə ilə ayrılmaq istəyirik.

 

- Komandada özünəinam hansı səviyyədədir?

- Futbolçular Gürcüstan yığması ilə əla oynadılar. Qazaxıstan komandası ilə matçda zəif oynamağımızın səbəbi həm də gürcülərə qarşı oynayan futbolçularda bir qədər arxayınlıq yaranması oldu. Fikirləşdilər ki, Yunanıstan Qazaxıstana 10 qol vurub, biz də vuracağıq. Hər nə qədər onları bu ab-havadan ayırmaq istəsək də, alınmadı. Yunanıstanla oyuna isə komandanı yaxşı köklədik və oyun zamanı yenilmədik. Oyundan sonra onlara izah etdik ki, əgər Yunanıstan yığmasına uduzmamışıqsa, seçmə mərhələ oyunları zamanı qrupumuzdakı rəqiblərimizdən də xallar ala bilərik. Bir məsələni də qeyd edim. Əldə edilən nəticəyə görə təbii ki, futbolçulara və məşqçilər korpusuna təşəkkür edirik. Ancaq qapıçılarla işləyən məşqçimiz Ruslan Əliyevin əməyini xüsusi qeyd etmək istərdim. Çünki Yunanıstan yığması ilə oyunun sonlarına yaxın o təkid etdi ki, qapıçını dəyişək. Həmin əvəzləmə penalti seriyasının taleyini həll etdi.

 

- Qarşıdakı planlar necədir?

- İyulda Moldovada təşkil ediləcək İnkişaf turnirinə qatılacağıq. Seçmə mərhələdən əvvəl isə təlim-məşq toplanışımız və yoxlama oyunlarımız olacaq.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

19:00

AL: "Qarabağ" "Vestri"ni qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

Facebookdan bizi izləməyi unutmayın.
X