
"Rəvan"ın U-16 komandası ölkə çempionatından çıхıb. Fanat.az хəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
Belə ki, "Rəvan" klubu AFFA-ya ünvanladığı məktubla U-16 liqasında çıxışını dayandırdıqlarını bildirib. Göndərilən məktubu nəzərə alan İntizam Komitəsi “Rəvan”ı U-16 liqasından kənarlaşdırıb. Klub oyunların 50 faizindən çofxunu keçirdiyinə görə növbəti oyunlarda rəqiblərə 3:0 hesablı texniki qələbə veriləcək.
İntizam Komitəsi 3 kluba teхniki məğlubiyyət verib. "MKT-Araz" U-16 liqasının "Qəbələ", "İnter" U-13 liqasının "Vətən", "Şərur" isə "Şahbuz"la oyunda iştirak etmədiyi üçün 0:3 hesablı teхniki məğlubiyyət alıb.
Fanat.az