23:35 21.04.2015 692

"Qəbələ"dən AFFA-ya SƏRT İTTİHAMLAR

"Qəbələ" rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Fanat.az bəyanatı olduğu kimi təqdim edir: 


"Ölkə çempionatının XXX turunda keçirilən “Neftçi” - “Qəbələ” qarşılaşmasının 61-ci dəqiqəsində “Neftçi” klubunun 3 nömrəli futbolçusu Denis Silva Kruz komandamızın oyunçusu Ürfan Abbasova bilərəkdən ayaq zərbəsi endirdi. Oyunun yan xətt hakimi Vaqif Musayevin gözü qarşısında (!) baş vermiş hadisəyə AFFA İntizam Komitəsi də eyni reaksiyanı verdi. İkili standartlarla çalışmağa alışmış komitənin hadisəyə eyni şəkildə yanaşacağı əslində gözlənilən idi. 


Klublar Komitəsinin sonuncu iclasında iştirak etmiş İntizam Komitəsinin nümayəndəsi əksər klubların fikrinə qarşı çıxaraq, təmsil etdiyi komitənin şəffaf və ədalətli qərarlar çıxardığını, bütün klublara eyni yanaşdığını bildirsə də, nə həmin toplantı zamanı, nə toplantı sonrası iştirakçıların komitənin işi haqda fikirləri dəyişmədi. Toplantıdan sonrakı dönəmdə Karlos Kardozo məsələsinə münasibət bildirməyən, eyni zamanda yuxarıda qeyd olunan epizodu iclasın gündəliyinə daxil etməyən, tam heyəti futbol ictimaiyyətinə hələ də bəlli olmayan İntizam Komitəsinin çıxardığı qərarların ədalətli olmasına inanmırıq, ikili standartlarla çalışdığını iddia edirik. 


21 dekabr 2014-cü il tarixində ölkə çempionatı çərçivəsində keçirilən “Qəbələ” - “İnter” qarşılaşmasından sonra həmin dönəmdə klubumuzda çıxış edən Kamran Ağayevin oyundan sonra məhz İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılması klubumuz tərəfindən heç bir etiraz olmadan qarşılandı. Lakin, baş verən son hadisələr İntizam Komitəsinin sağlam rəqabət prinsiplərinə əməl etmədiyini bir daha nümayiş etdirir. Təbii ki, İntizam Komitəsi öyrəşdiyimiz şəkildə günahı epizodla bağlı heç bir qeyd aparmayan hakim-inspektorun üzərinə atacaqsa, bu, heç də İntizam Komitəsinin günahsızlığını deyil, hakim-inspektorun da işinə məsuliyyətsiz yanaşdığını göstərir.


“Qəbələ” İK olaraq, bəyan edirik ki, müraciətimizlə heç bir kluba və ya futbolçuya qarşı çıxış etmirik, bununla belə, ölkə futbolunda sağlam rəqabətin qarşısını alan hər hansı komitə və ya komitələrə, onların çıxardığı ədalətsiz qərarlara etirazımızı bildirəcəyik, onlara qarşı sona qədər mübarizə aparacağıq. Mövsüm ərzində komandamızın həm lehinə, həm əleyhinə verilən səhv hakim qərarları olub ki, bu məsələləri heç vaxt ictimaiyyətin gündəminə çıxarmırıq və ümid edirik ki, bu, davranışımız sona qədər davam edəcək. Anlayışla qarşılayırıq ki, hakim oyun ərzində səhvə yol verə bilər və təbii ki, hakimlə bağlı tədbir aiddiyati qurum tərəfindən görüləcək. Lakin hadisəyə bir və ya bir neçə gün sonra videotəkrarlarla münasibət bildirən və oxşar epizodlara fərqli qərarlar çıxaran komitənin üzvləri şübhəsiz futbolumuzda neqativ halların yaşanmasına şərait yaradırlar. Denis Silva Kruzun qeyd etdiyimiz hərəkəti mütləq şəkildə İntizam Komitəsinin gündəliyinə salınmalı olsa da, bu baş vermədi. Bundan sonra hər hansı klubun futbolçusu eyni hərəkəti təkrarlayarsa, İntizam Komitəsinin məsələyə münasibət bildirməsi artıq imkansızdı, yersizdi, çünki, komitənin üzvləri üçün “meydançada rəqibə bilərəkdən zərbə endirmək” iclasın gündəliyinə salınması üçün yetərli deyil.


Çıxardığı qərarlarla futbolumuzun inkişafının qarşısını alan, sağlam rəqabəti pozan insanları, komitələri ədalətli olmağa çağırır, bu kimi məsələlərlə bir daha ölkə futbolunda gündəmdə olmayacağımıza ümid edirik".



Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X