16:17 23.04.2015 714

"Nəticə qazanmağın vaxtıdı" - millimizin baş məşqçisi

21 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales AFFA-nın saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

 

- Bir müddət öncə Bakıda UEFA-nın İnkişaf turniri keçirildi. Yarışda iştirak edən 16 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının çıxışı barədə nə deyə bilərsiniz?

- Bu turnirin nəticəsi bizi çox razı saldı. Çünki artıq nəticə verməyin vaxtıdır. İndiyədək görülən işlər öz bəhrəsini verməlidir. Bu, ölkədə tətbiq edilən müxtəlif layihələrin nəticəsidir. Bizim gənc oyunçularımız üçün bu stimul olacaq. Turnirdə qalib gəlmələri əlavə motivasiyadır.

 

- 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Planlarınız necədir?

- Hazırda komanda stabil olaraq məşq edir. Sentyabrda Avropa çempionatının seçmə mərhələsi keçiriləcək. İyul ayında Qazaxıstanda beynəlxalq turnir təşkil olunacaq. Həmin yarışa hazırlaşırıq.

 

- AÇ-nin seçmə mərhələsində qarşınıza hansı məqsəd qoyulub?

- Növbəti mərhələyə adlamaq istəyirik. Bütün gücümüz və diqqətimizi də buna yönəltmişik.

 

- Bu il 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirlərdə iştirak etdi. Bu yarışlar nə dərəcədə səmərəli oldu?

- UEFA bu yaş qrupundan ibarət komandalar üçün hər hansı yarış nəzərdə tutmayıb. Ona görə də çalışırıq ki, müxtəlif oyunlar keçirək.


- Və yəqin ki, əsas məqsəd futbolçuların əsas milliyə hazırlanmasıdır...

- Bəli. Bu, başlıca məqsədlərdən biridir. Düzdür, əsas millinin yaradılacağı vaxt konkret müəyyənləşməyib. Lakin biz indidən bu istiqamətdə işlər görürük.

 

- AFFA-nın təşkil etdiyi qızlar liqalarında mübarizə, oyunların səviyyəsi sizi qane edirmi?

- 2013-cü ildə Azərbaycana gəldiyim zaman görülən ilk işlərdən biri U-13 qızlar liqasının təşkil edilməsi oldu. O vaxta qədər bu yaş qrupu üzrə oyunlar keçirilmirdi. Hazırda bu liqanın səviyyəsi xeyli artıb. Düzdür, bu liqa yaş qrupları üzrə ən aşağısıdır. Orada hazırkı durumda hansısa nəticələr və böyük sıçrayış gözləmək olmaz. Lakin bacarıqlı və gözəl futbol nümayiş etdirən oyunçular var.  U-16 Liqası əvvəlki kimi keçir. Hazırda çalışırıq ki, U-19 liqasında komandalar daha peşəkar səviyyədə mübarizə aparsın.

 

- UEFA-nın tələbi var ki, peşəkar futbol klublarının tərkibində qadın komandaları da olmalıdır. Belə bir liqanın təşkilinin nə kimi xeyri olacaq?

- U-19 Liqasını peşəkar səviyyəyə çatdırsaq, klublar peşəkarlaşsa, bunun bizə çox xeyri olacaq. Əgər futbolçular peşəkar klublarda oynasalar, vəziyyət daha yaxşı olacaq. Peşəkar klub tamam başqa anlayışdır. O zaman məşqlər də, yarışlar da, oyunlar da fərqli olacaq. Yəni qızlarımız yeni bir səviyyəyə keçəcəklər. Onlar daha peşəkar olacaq və qadın futbolunun inkişafına xüsusi təkan verəcək. AFFA bu yöndə ciddi işlər görür.

 

- Ölkəmizə gəldiyiniz dövrlə müqayisədə qadın futbolunda hansı inkişafı görürsünüz?

- Yığmalarımız barədə fikrimi demək istəyirəm. Komandalarımızın seçmə mərhələlərdəki perspektivinə gəlincə, əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə biz bu mərhələləri mütləq keçəcəyik. Çünki artıq güclü komandalarla qarşılaşmağı, onlara qarşı mübarizə aparmağı bacarırıq. Ümumilikdə qadın futbolunun inkişafına gəlincə, kəmiyyət baxımından xeyli artım var. Liqaların və komandaların sayı artıb. Keyfiyyət baxımından da artımın olması üçün ciddi işlər görülür. Bu yöndə bir çox layihələr tətbiq edilir. Məsələn, Elit Məşq layihəsi sayəsində qızlarımız mütəmadi olaraq məşqlər keçirlər və formada olurlar. Qadın məşqçilər üçün B kateqoriyalı kurslar təşkil etmişik. Bütün bunların müsbət nəticəsini yaxın zamanda görəcəyik. Eyni zamanda, AFFA-da Qadın Futbolunun İnkişafı Departamentinin yaradılması da inkişaf üçün əlavə təkan verir. İndi daha müstəqilik. İşlərin də ən yüksək səviyyədə görülməsi üçün çalışırıq.

 

- B kateqoriyalı məşqçi kurslarının keçirilməsinin məqsədi nədir?

- İnkişafın olması üçün mütəxəssislər lazımdır. Hazırda Azərbaycanda istedadlı qızlar var. Onların püxtələşməsi üçün savadlı kadlara ehtiyac var. Keçmiş futbolçular bu mənada ən yaxşı kadrlardır. Eyni zamanda, hazırda futbol oynayan qızlardan da bəziləri bu kurslara qatılır. Bu da səbəbsiz deyil. Onlar əvvəl-axır karyeralarını başa vuracaqlar. Əgər məşqçi kurslarına qatılsalar, gələcəkdə məşqçi işləmələri üçün şərait yaranacaq. Mənim üçün ən vacib məsələ istəkdir. Həmin qızların qabiliyyətini və həvəsini görərək şərait yaradırıq. İstəyirik ki, karyeralarını başa çatdırdıqdan sonra onları itirməyək, əksinə, həmin insanların futbolumuza xeyir verməsinə kömək edək.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X