15:05 27.05.2015 831

Yetim Nazim, əfsanə “Sulya”

Sərlövhəyə görə məndən inciyə bilər, amma Nazim Süleymanovun durumunu izah etmək üçün fərqli bir şey tapa bilmədim. Amma burada “yetim” sözü valideyn itkisinə görə seçilməyib. Nazim Azərbaycan futbolunun, xalqının yetim övladıdı. Qafqazın fəxri, Osetiyanın əfsanəsi, Azərbaycanın yetim övladı…


Hələ o vaxt - 25 il öncə Rusiyaya yetim kimi göndərilmişdi. Kimsəsiz, yiyəsiz, başının çarəsinə baxmaq, istedadına xəyanət etməmək üçün… Azərbaycanda ona qiymət qoyulmadığını görüb Rusiya “Spartak”ına getmişdi.


Zaman keçdi, Valeri Qazzayev kimi mənəvi ata tapdı, “Alaniya”ya yollandı. 1991-96-cı illərdə Vladiqafqazda elə futbol oynadı ki, bütün Osetiyanın sevimlisi oldu, yetim adam birdən-birə hamının qardaşına çevrildi. Kluba tarixinin yeganə çempionluğunu qazandıran da başqa usta futbolçuların lideri olan, hətta Qazzayevi də kölgədə qoyan Süleymanov idi.


Bakıdan yetim kimi ayrılan Nazim artıq Soçiyə əfsanə kimi yollanırdı. Oradan Azərbaycana qayıdanda da eyni statusda idi. Amma Bakıda biganəlikdən sonra yavaş-yavaş yenidən yetimə döndü. Düzdü, bir çox klublarda çalışdı, amma heç yerdə ona əfsanə kimi diqqət yetirilmədi.


***


Amma Süleymanov Rusiya çempionu olduğu üçün heç  vaxt özünü gözə soxmayıb. Daim AFFA-nın harasa soxuşdurduğu, yığmaya gəlmək üçün isə ovaxtkı AFFA rəhbərliyindən pul tələb edən  Vəli Qasımovdan fərqli olaraq, klubuyla dalaşaraq milli komandaya gəlib, təmənnasız oynayıb, hətta bilet pulunu da cibindən ödəyib.


Əfsanə təvazökarlığı karyerasında da əksini tapıb. Azərbaycan adına heç nə etməyən Ələkbər Məmmədovdan, yalnız eqoistliyi və vəzifə hərisliyi ilə tanınan, oynadığı vaxt “Neftçi”də Maşallah Əhmədov və İqor Ponomaryovla neçə-neçə istedadın yolunu kəsib avtoritetlik edən İsgəndər Cavadovdan, bütün prezidentlərə tərif deyib hamısının dövründə kreslo yiyəsi olan Kazbek Tuayevdən fərqli olaraq İcraiyyə Komitəsinə layiq bilinməyib. O, “Neftçi”də “dədə” demədiyi üçün bir “torbatikən”ə qurban verilib.


***


AFFA, “Neftçi” rəhbərliyi yaxınlarda Vladiqafqazda təşkil olunmuş matçın videoyazısına mütləq baxsınlar. Baxsınlar, utansınlar, gizlənməyə siçan deşiyi axtarsınlar. Görsünlər ki, yubileyinə yetim kimi yola saldıqları bu əfsanə necə sevilir.


Əslində, Nazim üçün 50 illik yubiley tədbiri Bakıda, daha təmtəraqla keçirilməliydi. Etmədilər, Süleymanov isə öz gücünə yalnız bir kitab nəşr etdirib təqdimat keçirməyi bacardı, kiminsə qarşısında əyilmədi, böyüklüyünü qorudu. Axı, baş katib Elxan Məmmədovun qəbuluna düşmək üçün saatlarla gözləmə otağında əyləşməliydi.


Yetimlər qürurlu olur, bunu etmədi, doğmaların göndərdiyi dəvəti gözlədi.


***


Vladiqafqazda “Alaniya” və “Neftçi” veteranları arasında görüş də gec ba tutdu. 17 fevralda anadan olan insan yubiley matçına mayın sonunda çıxdı. Amma yenə Osetiya rəhbərliyi sağ olsun ki, bizimkilərdən fərqli olaraq, “Sulya”nı buna layiq bildilər.


Süleymanova burada diqqət göstərməyənlər Vladiqafqaz səfəri üçün bəs nə etdilər? Özüm həmin oyunda olmamışam. Amma şəxsi vəsaiti hesabına səfərə çıxan həmkarımın söhbətləri tüklərimin ürpəşməsi üçün bəs etdi.


Təbii ki, bütün günahlar AFFA və “Neftçi”dədi. Bəlkə də onlar Süleymanovun onlara yalvarmasını gözləyirmiş. Halbuki Nazimə diqqət yetirmək onların birbaşa vəzifə borcu idi. Əvəzində AFFA-nın baş katibi Elxan Məmmədov KİV nümayəndələrinin səfəri üçün ayrılmış avrobus reysini şəxsi maraqlarına görə ləğv etdirib. Əslində isə həmn görüşə birbaşa özü də yollanmağa borclu idi.


Daha bir qəribəlik “Alaniya” ilə “Neftçi” arasında keçirilən oyunda bizimkilərin milli formanı geyməsi idi. Yəni “Neftçi” rəhbərliyi o qədər rəzil durumdadı ki, Vladiqafqazda geyinməyə, hətta azarkeşlərə paylamağa 50-60 dəst forma təşkil edə bilməzdi? Axı, nəyə görə tribunaların “Sulya” qışqırdığı oyundan sonra imzalı forma üçün yaxınlaşdıqları Süleymanov boynubükük dayanmalıydı? Axı, o, necə desin ki, millinin bu formalarını AFFA-ya sayla təhvil verməlidi?


***


Azarkeş sevgisi, futbol sevgisinin nə olduğunu osetiyalılar isbatladı. 20 il sonra da osetinlərin, kabardin-balkarların unutmadığı Nazimi özümüz lazımınca qiymətləndirə bilmirik. Bəs, azarkeş marağı, futbolun kütləviləşdirilməsi AFFA-nın birbaşa işi deyilmi? Elxan Məmmədov nəinki özü getməli, nəinki jurnalistlərin Vladiqafqaza səfərini təşkil etməli, heç olmasa, AFFA-nın rəsmi saytında bu oyunun canlı yayımını təşkil etməliydi. Süleymanovun başçılığı altında oynayacaq U-19-un da üzvləri daxil olmaqla böyük bir yeniyetmə dəstəsi bu oyuna göndərilməliydi. İnanın ki, “Alaniya” və “Neftçi” veteranları arasındakı matç onların gələcək karyerasına, futbol sevgisinə müsbət stimul olacaqdı.


Onlar anlayacaqd ki, əsl futbolçu olmaqla unudulmaz azarkeş sevgisi qazanmaq olar. 20 ildən sonra yaşlı, hətta əlil “Alaniya” azarkeşləri, uşaqlarına Nazimi nümunə göstərən qadınlar, “Sulya”ya görə Nalçikdən gələn böyük bir azarkeş dəstəsi əfsanəni unutmayıbsa, deməli, həqiqi fədakarlıq qiymətsiz qalmır.


Amma biz nə etdik? Nazimi yenə Rusiyaya yetim kimi yola saldıq. Əfsanələşdiyi Rusiyaya...


Vüsal Mahmudov

Futbolinfo.az


P.S.: Həmkarım Natiq Muxtarlının səfər təəssüratlarında etdiyi bir qeyd AFFA və “Neftçi” rəhbərliyinə əsl sillə, ayıltma silləsi olmalıdı: “Vladiqafqaz səfəri üçün nəticə: futbol təkcə oyun deyil. Futbol dəyərdi, futbol sevgidi, futbol bir millət haqqında bir ölkədə yaradılan imicdi, qazanılan hörmətdi, sevgidi. Nazim Süleymanov bundan artıq neynəyə bilər ki? O, Osetiyada xüsusi adamdı, xüsusi azərbaycanlıdı. Nazim Süleymanova görə Vladiqafqaza gedən hər bir həmyerlimiz "xüsusi adam" statusunda olacaq. Buna heç şübhəniz olmasın. Uzaq Qafqaza səfər etsəz, çətinliklə üzləşsəz, "Sulyanın həmyerlisiyəm" deməyiniz kifayətdi. Sizə kömək edib, qayğı göstərəcəklər. Süleymanov azərbaycanlılar üçün bu statusu oyunu, davranışı və xasiyyəti ilə qazanıb. Lütfən, Vladiqafqaza səfər etsəz, bu statusa xələl gətirəcək hərəkətə yol verməyin”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
19:00

AL: "Qarabağ" "Vestri"ni qəbul edir: Heyətlər açıqlandı - YENİLƏNİR

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

Facebookdan bizi izləməyi unutmayın.
X