Bu gün keçiriləcək Azərbaycan Kubokunun final oyunu üçün bütün təyinatlar açıqlanıb. Fanat.az хəbər verir ki, "Qarabağ" - "Neftçi" oyununu FIFA referisi Rəhim Həsənov idarə edəcək.
Ona Yaşar Abbasovla Rza Məmmədov yardımçı olacaq. Dördüncü hakim funksiyasını beynəlхalq dərəcəli hakim Orxan Məmmədov yerinə yetirəcək. Digər FIFA referimiz Əliyar Ağayevlə Elvin Əsgərov oyuna əlavə köməkçi hakim kimi təyinat alıb.
Qeyd edək ki, saat 20.00-da başlayacaq oyunda AFFA nümayəndəsi Oqtay Abdullayev, hakim-inspektor Ramiz Mustafayev olacaq.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol