
AFFA və "Bakcell" şirkətinin birgə təşkilatçılığı ilə iyunun 1-dən etibarən "Bayıl Arena"da keçirilən “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başa çatıb.
Fanat.az xəbər verir ki, toplanışın son günündə 34 uşaq arasından seçilən və İngiltərənin Mançester şəhərinə - "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcək uşaqlar müəyyənləşdirilib:
Nihad Xәlilli (Sumqayıt)
Nihad Fərəci (Gəncə)
İbrahim Ağayarov (Bakı)
Elmar Әzizov - qapıçı (Xaçmaz)
Cavid Fərzəliyev - qapıçı (Sumqayıt)
Qaliblərin elan olunduğu, "Bayıl Arena"da təşkil olunmuş tədbridə AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıdakı “Mançester Yunayted” futbol məktəbinin məşqçisi Mic Bennet və İngiltərədən ezam olunmuş mütəxəssislər Luis Qarvey və Kristoper Ollieuz iştirak ediblər.
Fanat.az