"Bu ayın əvvəlində Qazaxıstan Futbol Federasiyasından Almatıda yoxlama oyunu keçirmək təklifi aldıq. Təklif bizim planımıza uyğun deyildi. Avrokuboklarda iştirak edən klublarımızın hazırlıq prosesinə xələl gətirməmək üçün bu təkliflə razılaşmadıq. Yəqin ki, gələn il qazaxlarla yoxlama oyunu keçirəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib bildirib ki, avqustda yoxlama oyunu keçirmək üçün rəqib axtarışı davam edir: "Danışıqlar davam edir. Bildiyiniz kimi, sentyabrda 2 seçmə mərhələ matçına çıxacağıq. Həm evdə, həm də səfərdə oynayacağıq. Bu səbəbdən avqustdakı yoxlama matçının evdə və ya səfərdə keçirilməsinin böyük fərqi yoxdu. Yaxşı rəqiblə anlaşsaq, səfərdə də oynamaq olar".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol