16:56 16.06.2015 605

Təbriz Həsənov: "Yaxşı hücumçuya ehtiyacımız var"

Hazırda Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov AFFA-nın saytına müsahibə verib. Fanat.az həmin müsahibəni təqdim edir.

 

- Hazırlıq necə gedir?

- İyunun 8-dən etibarən Gürcüstanda təlim-məşq toplanışındayıq. Futbolçular uzun müddət istirahət etdiklərindən yaxşı formada deyillər. Gündə iki dəfə məşq edirik. Oyunçuların fiziki və funksional hazırlığını yüksəltmək üzərində çalışırıq. Tezliklə hazırlığın növbəti mərhələsinə qədəm qoyacağıq. Bu zaman daha çox taktiki və texniki hazırlığa diqqət ayıracağıq.

 

- Futbolçuların hazırkı səviyyəsi sizi qane edirmi?

- Təbii ki, onların durumu istənilən vəziyyətdə deyil. Bilirsiniz ki, mayın 14-də yarışlar başa çatıb. O vaxtdan istirahət edən futbolçuların fiziki forması yaxşı deyil. Biz bu çatışmazlıqların üzərində işləyirik. Yavaş-yavaş onların vəziyyəti normallaşır. Lakin hələ görüləsi işlər var.

 

- Yeri gəlmişkən, “Qəbələ”nin heyətində hakimlərə fiziki təsir göstərdiyi üçün transferə çıxarılan Aqşin Hüseynov da yığmaya çağırılıb. Bunu nə ilə izah edə bilərsiniz?

- Bilirsiniz, mən o futbolçunu yaxşı tanıyıram. 4 ildir “Qəbələ”də çıxış edir. Bu klubun futbol akademiyasının yetirməsidir. Məşqlərə yanaşması da, nizam-intizamı da qaydasında olub. “Qəbələ”də son bir neçə ayda o, kapitan olub. Deməli, o əksər vaxtlar nümunəvi olub. Əlbəttə, onun hakimlərə qarşı hərəkəti yolverilməzdir. Buna görə, İntizam Komitəsi ona on oyunluq cəza verdi. “Qəbələ” isə klubdan uzaqlaşdırdı. Düzü, onu yığmanın ilkin heyətinə salmamışdım. Lakin o, məşqlərin birində mənə yaxınlaşdı. Aqşinlə söhbətimiz zamanı gördüm ki, peşmandır. Hiss etdim ki, futbolu da atmaq istəyir. Onsuz da onun vəziyyəti pisdir. Yəqin ki, cəzalı olduğu üçün bir müddət klublar ona yaxın durmayacaqlar. O, məndən bir şans istədi. Mən həm məşqçiyəm, həm də atayam. Bu yaşda Aqşinin o hərəkəti düşünmədən etdiyini fikirləşdim. Onu bir futbolçu kimi itirmək bizə başucalığı gətirməz. Dağıtmaq asandır, qurmaqsa çətin. Onu tərbiyələndirmək məqsədi ilə çağırmışam. Düşünürəm ki, bunun ona xeyri dəyəcək.

 

- Yoxlama oyunlarında futbolçulardan istədiyinizi ala bilmisinizmi?

- İlk görüşü iyunun 12-də keçirdik. Ağır məşqlər nəticəsində yorğunluq vardı. Bu fonda oynamaq asan deyildi. Ona görə də onlar istədiyimiz oyunu nümayiş etdirə bilmədilər. Gürcüstanın eyni yaş qrupundan ibarət yığması ilə ikinci oyun iyunun 15-də baş tutdu. Bu dəfə daha yaxşı çıxış etdik. Əvvəlcə hesabı biz açdıq. Fərid Nəbiyev fərqləndi. Bundan sonra da çoxsaylı qol vəziyyətləri yaratdıq. Əgər onlardan istifadə edə bilsəydik, 2-3 top fərqi ilə qalib gələrdik. Lakin bizim komandada hücumda dişsizlik var. Sonra isə adi epizodlarda iki qol buraxıb məğlub olduq. Buna baxmayaraq, oyundan razı qaldım. Bütün qarşılaşmaların videolarına baxır, təhlillər aparırıq. Hazırda bir yaxşı hücumçuya ehtiyacımız var.

 

- Qazaxıstandakı turnirdəki hədəfləriniz nədir?

- Yarışa ciddi hazırlaşırıq. Futbolçular da özlərini göstərmək arzusundadırlar. Qrupda Rusiya-2, Belarus və Gürcüstan komandaları ilə qarşılaşacağıq. İlkin hədəfimiz finala çıxmaqdır.

 

- Gələcək planlarınız necədir?

- Bayaq qeyd etdiyim ki, futbolçuların hazırlığı məni qane etmir. Ona görə də iyul ayında təlim-məşq toplanışı olacaq. Uşaqların fiziki və funksional hazırlığını qaldırmağa çalışacağıq. Avqust ayında Ukraynaya gedəcəyik və bu ölkədə təlim-məşq toplanışı keçirməklə yanaşı, yoxlama oyununda da qüvvəmizi  sınayacağıq. Sentyabrda isə Moldovaya yollanacağıq. Orda yerli komandayla iki yoxlama görüşü keçirməyimiz nəzərdə tutulub.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X