15:39 27.08.2013 1047

AFFA "Böyük oyun"lara azarkeş qadağası

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri "Xəzər Lənkəran" - "Neftçi" oyununu müzakirə edərək, sərt qərarlar veriblər. İntizam Komitəsinin "Böyük oyun"la bağlı qərarlarını təqdim edirik:


25 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının IV turu çərçivəsində “Xəzər Lənkəran” - “Neftçi” matçı keçirilib və oyun 0:0 heasbı ilə başa çatıb.

Oyunun fasiləsi zamanı  “Xəzər Lənkəran” klubunun azarkeşləri “Neftçi” klubunun azarkeşləri olan sektora doğru hərəkət edərək onlara fiziki təsir göstərməyə cəhd edib, lakin polis tərəfindən insident sakitləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlayıb.

Oyun başa çatdıqdan sonra yenidən “Xəzər Lənkəran” klubunun azarkeşləri "Neftçi” klubunun azarkeşlərinə hücum etməyə cəhd göstərib, polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməyib və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, “Xəzər Lənkəran” klubunun azarkeşləri “Neftçi” klubunun azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atıblar.

Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və “Neftçi” klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıb.


Yuxarıda göstərilən hadisələri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:


- 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan Kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

- Stadionda baş vermiş kütləvi intizamsızlığa görə “Xəzər Lənkəran” klubu 5000 manat cərimə olunur (maddə 50).

- Pirotexniki vasitələrdən istifadə edilməsi və  meydançaya kənar əşyalar atılmasına görə “Xəzər Lənkəran” klubu 4000 manat cərimə olunur (maddə 52).

- “Xəzər Lənkəran” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunur (maddə 40).

- “Xəzər Lənkəran” və “Neftçi” klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.

- Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Topaz Premyer Liqası və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.

- Matçın gedişində stadionun diktoru tərəfindən “Xəzər Lənkəran” azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Xəzər Lənkəran” klubu 2000 manat cərimə olunur.

- “Xəzər Lənkəran” klubunun 5  №-li futbolçusu Elnur Allahverdiyevlə “Neftçi” klubunun 7  №-li futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə “Xəzər Lənkəran” və “Neftçi” klubları 2000 manat cərimə olunurlar.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

17:22

Dünən "Xankəndi"dən ayrıldı, bu gün özünə yeni klub tapdı

17:03

"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

16:44

ÇL: "Araz-Naxçıvan"ın əsas mərhələdəki rəqibləri bilindi

16:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:26

"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

16:09

"İmişli"də yeni qapıçı - RƏSMİ

16:07

Zlatko Daliç millidən getdi - RƏSMİ

15:49

"Neftçi"nin əvəzedici komandasının qapıçısı elita klubunda

15:31

"Karvan-Yevlax" vidalaşdığı legioneri geri qaytarır

15:11

"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

14:53

"Səbail"dən ayrılan Voronsov bu kluba keçdi

14:36

Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

14:14

Portuqaliyalı mərkəz müdafiəçisi Misli Premyer Liqasında çıxış edəcək

13:34

Bəxtiyar Həsənalızadə "İmişli"də - RƏSMİ

13:14

İsveçrə - Kolumbiya matçının ən yaxşı futbolçusu bəllidir

12:56

Murat Yakın: "Futbolçularımız sona qədər uğur qazana biləcəklərinə inanırdılar"

12:37

AÇ: Azərbaycan millisi Ukrayna ilə üz-üzə

12:01

"İmişli"dən daha bir transfer

11:43

"Səfər matçı Bakıdakı kimi keçməyəcək" - Arif Əsədov "Sabah"dan nə gözləyir?

11:24

"Futbolçularımla fəxr edirəm" - Kolumbiya millisinin baş məşqçisi

11:08

"Şəfa" yenə "əl dəyişdi"

10:50

"Real"dan göndərilən Arbeloa İPL komandasının baş məşqçisi oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X