12:43 02.08.2015 738

"Seltik" - "Qarabağ" matçı böyük təhlükə altında

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Şotlandiyanın "Seltik" klubu arasında keçiriləcək cavab qarşılaşmasına cəmi üç gün qalıb. Fanat.az xəbər verir ki, bu oyun ərəfəsində qarşılaşmanın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı ciddi problem yaranıb.

Belə ki, arenanın ot örtüyü sıradan çıxıb. Bir neçə gün öncəyə qədər hər şey qaydasında olsa da, mərkəzi arenanın qazonuna cavabdeh olan şirkətin apardığı kosmetik işlər əks effekt verib. Belə ki, qazonun 30 faizi hazırda dəhşətli vəziyyətdədir. Bir sözlə, ot örtüyü belə qalacağı halda, mərkəzi arena avrokubok matçını qəbul etməyə bilər.

Lakin Ağdam klubunun başqa variantı da yoxdur. Çünki "Qarabağ" UEFA-ya ehtiyat stadion kimi "Bakcell Arena"nı təqdim edib. Bu stadionda isə avqustun 6-da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" - "Apollon" (Kipr) matçı keçiriləcək. Bu üzdən də sözügedən arenanın iki gün ardıcıl oyun qəbul etməsi mümkünsüzdür. Çünki avqustun 5-də "Qəbələ" ilə "Apollon"un bu stadionda oyun öncəsi son məşqi də baş tutmalıdır.

Yaranmış vəziyyətlə əlaqədar artıq "Qarabağ" rəhbərliyi mərkəzi arenaya baş çəkib. Onlar qazonun son vəziyyəti ilə tanış olublar. Gördükləri isə klub rəsmilərini məyus edib. Çünki böyük ehtimalla komanda belə acınacaqlı ot örtüyündə oynamaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Gənclər və İdman Nazirliyi, eləcə də AFFA hazırda Tofiq Bəhramov adına stadionun ot örtüyünə nəzarət etmək üçün bu şirkətlə bir illik müqavilə imzalamışdı. Həmin dövrdən bəri arenanın qazonuna məhz həmin şirkət cavabdeh idi. Bir neçə gün öncəyə qədər onların işində heç bir problem olmasa da, son baş verən hadisə ciddi narahatlığa və narazılığa səbəb olub.

Maraqlıdır ki, "Qarabağ" azarkeşləri "Seltik"lə ilk oyundan sonra cavab qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi istəyi ilə AFFA rəhbərliyinə açıq məktub ünvanlamışdı. Amma həmin vaxt qazonun pis vəziyyətdə olması yox, komandamızın oyununa daha çox azarkeş toplamaq məsələsi gündəmdə idi. Gəl ki, Ağdam klubu 60 minlik yeni arenanı UEFA-ya təqdim etmədiyindən, matçın Olimpiya Stadionunda keçirilməsi mümkünsüz idi.//Azerisport.az 

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
20:29

AL: "Qarabağ" hesabda önə keçir - YENİLƏNİR

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X