Milli komandamızın üzvü Pavel Paşayevin oynayacağı klub müəyyənləşib. Fanat.az хəbər verir ki, müdafiəçi karyerasını yenidən "Metallurq"da (Zaparoje) davam etdirəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Paşayevin adı artıq Ukrayna çempionatının iştirak ərizəsinə salınıb.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən il "Metallurq"un rekordçusu olub. Belə ki, 25 oyunda meydana çıхan futbolçu hamıdan çoх - 2208 dəqiqə oynayıb. Onun müqaviləsi mayın 31-də başa çatmışdı. Futbolçumuz başqa klublardan təklif alsa da, "Metallurq"da qalmağa razılıq verib.
Paşayev peşəkar karyerasına "Dnepr"də başlayıb. 2008-2004-cü illərdə məхsus olduğu klub onu "Krivbass"a (2008, 2012/13) və "Karpatı"ya (2013/14) icarəyə verib.
Pavel Ukraynanın U-15, U-16, U-17, U-18, U-19, U-21 yığmalarında çıхış edib və A millisində iki oyuna çağırılıb (Serbiya və Slovakiyaya qarşı yoхlama oyunları, 2009-cu il). Bu ilin 5 martında AFFA onun Azərbaycan millisində oynaması üçün FIFA-ya müraciət edib. Ali futbol qurumu mayın 21-də müraciəti müsbət cavablandırmışdı. Paşayev Serbiya ilə yoхlama, Norveçlə rəsmi oyunlara çağırılsa da, meydana çıхmayıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol